Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət 2,5 milyard dollar və yaşıl enerji:
2,5 milyard dollar və yaşıl enerji:
Siyasət

2,5 milyard dollar və yaşıl enerji: BƏƏ niyə məhz Azərbaycanı seçdi?

Xpress.az Redaksiyası 25.12.2025 10:56

Azərbaycanın dünya miqyasında önəmli yer tutması və uğurla apardığı xarici siyasət nəticəsində əldə etdiyi nailiyyətlər göz önündədir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri də bunun bariz nümunəsidir. Dövlət başçımızın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə “Gələcəyin Oyunları 2025” tədbirinin açılışında iştirak etməsi  Azərbaycan üçün strateji, xüsusilə siyasi və iqtisadi dividendləri necədir? Regional və beynəlxalq müstəvidə ölkəmizin mövqelərinə təsiri nə dərəcədədir? – mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Xpress.az-a açıqlama verib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin dövlətimizin milli maraqları üzərində uğurla apardığı beynəlxalq siyasət dünya üzrə dostlarımızın sayını və əlaqə coğrafiyasını genişləndirir. Bu baxımdan, Azərbaycan-BƏƏ arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir və günbəgün dərinləşməkdədir.

Dövlət başçımızın “Gələcəyin Oyunları 2025”in açılışında iştirakı yalnız idman tədbirinə qatılmaqla məhdudlaşmayıb. Eyni zamanda, bu səfər ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində müzakirələr aparmaq üçün yeni imkanlar yaradıb.

Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi sürətlə artır. BƏƏ iqtisadiyyatımıza 2,5 milyard dollar sərmayə yatırıb. Xüsusilə Masdar və Agva Power şirkətlərinin investisiyaları ilə Azərbaycanın bərpa olunan enerji sektoru sürətlə inkişaf edir. Masdar şirkətinin investisiyası ilə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib, gələn ilin sonuna qədər Neftçala və Biləsuvar Günəş Elektrik Stansiyaları, 2027-ci ilin sonuna qədər isə Abşeron-Qaradağ Külək Elektrik Stansiyası istifadəyə veriləcək. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji gücünü 8 meqavata çatdırmağı hədəfləyib və BƏƏ bu hədəfə çatmaqda əsas sərmayədardır.

BƏƏ şirkətləri həmçinin işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində iştirak etmək niyyətlərini açıqlayıblar. Sumqayıt Sənaye Parkında Azərbaycan-BƏƏ müştərək müəssisəsi fəaliyyət göstərir və Azərbaycanda BƏƏ kapitalı ilə 360 şirkət qeydiyyatdan keçib. BƏƏ həmçinin qeyri-neft ixracımız üçün yeni bazar rolunu oynayır.

Bütün bunlar göstərir ki, Azərbaycan-BƏƏ münasibətləri siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı hörmət və fayda prinsipləri əsasında sürətlə inkişaf edir.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək