Cəmiyyət
Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq
Xpress.az Redaksiyası
25.12.2025 13:10
Bu gün saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.