Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Kristal”ın “Park Yasamal” layihəsindən mənzil ala...
“Kristal”ın “Park Yasamal” layihəsindən mənzil alan vətəndaş evinə buraxılmır -
Cəmiyyət

“Kristal”ın “Park Yasamal” layihəsindən mənzil alan vətəndaş evinə buraxılmır - ŞİKAYƏT

Xpress.az Redaksiyası 25.12.2025 16:52

“Kristal” şirkətinin “Park Yasamal” layihəsində qoçu dəstəsi fəaliyyət göstərir, oradan mənzil alan vətəndaşlara qarşı kobud davranırlar.

AFN.az xəbər verir ki, bu barədə həmin yaşayış kompleksindən mənzil alan Mirqasımov Nicat bildirib. Vətəndaş mənzilin deyilən vaxta hazır olmadığını deyir: “2024-cü ilin mayında ilkin ödəniş edib mənzil almışam. Mənə deyilib ki, mənzil tam təmirli formada 2025-ci ilin 3-cü rübündə təqdim ediləcək. Lakin həmin vaxtda çatmadı, dedilər dekabra çatacaq, o da olmadı, deyirlər çatdıra bilmirik. Belə başa düşürəm ki, heç 2026-nın yanvarına da alınmayacaq. Çünki mənzilə baxış keçirməyə, işlərin hansı mərhələdə olduğunu öyrənməyə imkan vermirlər”.

N.Mirqasımovun sözlərinə görə, təxminən 1 ay əvvəl mənzilinə baxmaq üçün kompleksə yaxınlaşsa da, ona icazə verməyiblər: “İçəri girmək üçün satış ofisinə yaxınlaşıb kağız almaq lazımdır. Mən yaxınlaşanda nahar vaxtına düşmüşdü, dedilər gözlə, gözləməyə başladım. Amma gördüm ki, başqa insanlar gəlir mühafizə ilə öpüşüb-görüşür keçir içəri, nə kağız alırlar, nə başlarına kaska taxırlar, hətta yanlarında uşaq olanlar da vardı, mən çəkmişəm görüntüləri. Belə olanda mən də keçdim içəri, Anar, Yaşar, Elnur adlı 3 nəfər yaxınlaşdılar, dedilər gedək kaska verək. Təhlükəsizlik otağına gələndə isə kaska verməkdən imtina etdilər. Onların kobudluğuna cavab olaraq mən də etiraz edib içəri girdim. Bundan sonra aranızda mübahisə yarandı. Dedim mənzil mənimdir, girib baxmağa icazə verilməlidir, hamıya eyni münasibət göstərilməlidir. Anar adlı şəxs dedi ki, mənzil sənin deyil, bina bütünlükdə mənimdir, sən burada heç kimsən. Guya onları təhqir etmişəm deyib polisə müraciət etdilər, polis də araşdırdı gördü ki, məndə günah yoxdur”.

N.Mirqasımov dünən təzədən mənzilinə baxış keçirmək üçün şirkətə yaxınlaşsa da, bu dəfə də ona icazə verilməyib: “Bu gün (dünən-red.) yenidən mənzilimə baxış keçirməyə getdim. Mənə dedilər ki, siz burda problem yaratmısız, rəhbərlik tərəfindən sizin evə girməyinizə qadağa qoyulub. Təsəvvür edin, hazırda ipoteka ödəyirəm o mənzilə, amma qadağa qoyulub girə bilmirəm. Rəhbərlik deyə Yaşar adlı bir nəfərin nömrəsini veriblər, o da deyir mən rəhbər deyiləm, yığma məni. Soruşuram ki, rəhbər kimdir? Cavab verir ki, bilmirəm, get, tap. Bir rəhbər işçi, bir başbilən yoxdur bunların içində, ancaq sakini alçaldıb artıq əskik hərəkət edirlər. Qoçu dəstəsi yığıblar ora”.

Şikayətçinin qeyd etdiyi Yaşar adlı şəxs AFN.az-a açıqlamasında bildirdi ki, orada layihə rəhbərinin müavini vəzifəsində çalışır: “Bizdə mənzillərə buraxılış icazə kağızı ilədir. Mənzil alan vətəndaşlar yaxınlaşırlar satış ofisinə, ordan buraxılış kağızı alırlar, o kağız mühafizə xidmətinə təqdim olunur, oradan vətəndaşa kaska verilir, sonra mənzilə baxmağa gedir. Həmin sakin də keçən dəfə nahar vaxtı gəlib buraxılışsız əraziyə daxil olub, biz də onu qaydaya uyğun olaraq çıxartmışıq, ona görə də mənzilə buraxılmır. Mənzilin təhvil verilmə vaxtına gəldikdə, vətəndaşın müqaviləsində bu öz əksini tapıb”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək