Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda əcnəbilərlə bağlı 11 ayda 21 mindən ç...
Azərbaycanda əcnəbilərlə bağlı 11 ayda 21 mindən çox qanun pozuntusu aşkarlandı
Cəmiyyət

Azərbaycanda əcnəbilərlə bağlı 11 ayda 21 mindən çox qanun pozuntusu aşkarlandı -RƏSMİ

Xpress.az Redaksiyası 25.12.2025 19:34

Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi və əcnəbilərin əmək fəaliyyətinin qanuni əsaslarla həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Cari ilin 11 ayı ərzində bu sahədə həm müraciətlərin sayı, həm də qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər diqqətçəkən həddə çatıb.
Dövlət Miqrasiya Xidmətinin Xpress.az-ın sorğusuna verdiyi məlumata görə, 11 ay ərzində əcnəbilərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən ümumilikdə 10 612 müraciət edilib. İş icazələri əcnəbiləri işə cəlb edən hüquqi şəxslər, sahibkar fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə alınıb.
Bildirilib ki, əmək miqrasiyası Miqrasiya Məcəlləsinə uyğun olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən tənzimlənir və iş icazələri hər il üzrə Nazirlər Kabinetinin təsdiq etdiyi əmək miqrasiyası kvotası çərçivəsində verilir. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilər bu kvotaya daxil edilmir. İşəgötürənlər isə əcnəbilərlə yalnız iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar.
Eyni zamanda, tənzimlənməyən miqrasiyaya qarşı həyata keçirilən tədbirlər nəticəsində cari ilin 11 ayı ərzində miqrasiya sahəsində inzibati hüquqpozmalarla bağlı 21 568 qərar qəbul edilib. Dövlət Miqrasiya Xidməti vurğulayıb ki, bu tədbirlər miqrasiya proseslərinin qanunvericiliyə uyğun və şəffaf şəkildə tənzimlənməsinə xidmət edir.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək