Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına...
Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib
Cəmiyyət

Vəkillər Kollegiyasının sədri ədliyyə orqanlarına qəbul olunan şəxslərə icbari tədris keçib

Xpress.az Redaksiyası 26.12.2025 14:01

2025-ci il dekabrın 24-də Ədliyyə Akademiyasında ədliyyə orqanlarına işə qəbul olunan şəxslər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.

Tədris zamanı Kollegiyanın sədri ədliyyə sisteminə qoşulan yeni əməkdaşları təbrik edərək, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Anar Bağırov çıxışında son illərdə vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, dövlət tərəfindən göstərilən davamlı dəstəkdən, habelə bu sahədə müəyyənləşdirilmiş strateji prioritetlərdən ətraflı bəhs edib.

Sədr xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Həmin sənədin icrası nəticəsində ölkədə hüquqi yardımın keyfiyyəti yüksəlib, vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb və bu dəyişikliklər bütövlükdə ədliyyə sistemində peşəkarlığın və vətəndaş məmnunluğunun gücləndirilməsinə xidmət edib.

Eyni zamanda Anar Bağırov “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə toxunaraq, həmin yeniliklərin vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, eləcə də peşə fəaliyyətinin səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət etdiyini vurğulayıb.

Tədris çərçivəsində sədr hüquqi biliklərin daim artırılmasının vacibliyini, etik davranış qaydalarına ciddi riayət edilməsinin əhəmiyyətini, qeyri-prosessual münasibətlərdən yayınmağın zəruriliyini və vəkillərlə işgüzar əməkdaşlığın hüquqi əsaslarını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin vəkillik institutunun hüquq sistemindəki yeri, ədliyyə orqanları ilə qarşılıqlı münasibətlərin prinsipləri və etik normaların praktiki tətbiqi barədə geniş izahlar verilib.

Sonda tədris interaktiv müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və praktik təcrübəyə əsaslanan fikir mübadiləsi aparılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək