Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycanın "qara siyahı"sında olan şəxslərin say...
Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı açıqlandı
Siyasət

Azərbaycanın "qara siyahı"sında olan şəxslərin sayı açıqlandı

Xpress.az Redaksiyası 26.12.2025 18:10

Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə "qara siyahı"ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin "qara siyahı"sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də "qara siyahı"dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb", - nazir qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək