Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ-də pilotsuz yük gəmisi
ABŞ-də pilotsuz yük gəmisi
Dünya

ABŞ-də pilotsuz yük gəmisi layihələndirilib

Xpress.az Redaksiyası 27.12.2025 20:34

Dəniz robototexnikası sahəsində ixtisaslaşan ABŞ-nin “Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24 metr olan qeyri-adi pilotsuz yük gəmisinin hazırlanmasını yekunlaşdırır.

 “Interesting Engineering” nəşrinə istinadla xəbər verir ki, bunun üçün gəmi karbon kompozitindən hazırlanmış iki ədəd qatlanan sərt qanadla təchiz ediləcək. Qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə iki dəfə daha səmərəli olacaq. Gəmi insanın minimal iştirakı ilə transatlantik keçidlər üçün nəzərdə tutulub.

Şirkət gəminin layihəsini gəmi memarlığı sahəsində tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten” ilə birgə hazırlayır. Gəminin təməlqoyma və tikinti işləri üçün Niderlandın “KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən təsdiqlənib. Gəmi Malta bayrağı altında istismara veriləcək. Onun suya buraxılması 2026-cı ilin sonuna planlaşdırılır, bundan sonra isə Atlantik okeanını da keçməklə genişmiqyaslı dəniz sınaqlarına başlanacaq.

Maraqlıdır ki, bu, nisbətən kiçik ölçülü yük gəmisi olacaq və görünür, xüsusi yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsi üçün hesablanıb.

Layihənin bəyan edilən əsas məqsədi külək enerjisindən istifadə hesabına dəniz daşımaları zamanı tullantıların əhəmiyyətli dərəcədə azaldılması, həmçinin avtonom gəmilərin səmərəliliyinin və etibarlılığının artırılmasıdır. Bu, ənənəvi konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində atılan mühüm addımdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək