Xaricdə xidmət edən pensiyaçılar üçün YENİ QAYDALAR
Putin uzunmüddətli xidmət pensiyası alanlarla bağlı qanun imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın beynəlxalq müqavilələri olan digər ölkələrdə mülki müdafiə, fövqəladə hallara cavab və fəlakətlərin nəticələrinin aradan qaldırılması qurumlarında xidmət etmiş şəxslərə xidmət stajına görə pensiyaların verilmə müddətinin uzadılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd dekabrın 29-da hüquqi aktların rəsmi nəşr portalında dərc olunub.
Qanuna əsasən, qeyd olunan kateqoriyaya aid pensiyaçı şəxslər xarici ölkələrin mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması qurumlarında yenidən xidmətə başlayarsa, xidmət müddəti ərzində onların pensiya ödənişləri dayandırılacaq.
Eyni zamanda Rusiyanın yeni regionlarından təqaüdə çıxmış təhlükəsizlik qüvvələri əməkdaşlarının ümumrusiya standartlarına uyğun pensiya təminatını nəzərdə tutan “Rusiya Federasiyasının müəyyən kateqoriyalı vətəndaşları üçün pensiya təminatının xüsusiyyətləri haqqında” qanuna da dəyişikliklər edilib. Dəyişikliklər, xüsusilə 12 may 2014-cü ildən 31 dekabr 2014-cü ilədək Ukrayna Silahlı Qüvvələrində, Milli Qvardiyada, SBU-da, Ukrayna polisində və digər xüsusi xidmət orqanlarında xidmət etmiş şəxslərə şamil olunur.
Daha əvvəl bildirilib ki, 19 aprel Rusiyada Sovet xalqının soyqırımı qurbanlarının Anım Günü kimi qeyd ediləcək.