2026-cı il Qırmızı Od Atı ili: Yeni ili uğurla qarşılamaq üçün geyim və süfrə TÖVSİYYƏLƏRİ
2026-cı ilin Yeni ili Çin təqviminə əsasən Qırmızı Od Atı ili kimi qeyd olunacaq. Astrologiyaya görə, bu simvol dinamizm, ehtiras və böyük dəyişiklikləri təmsil edir. İnanclara əsasən, ilin enerjisini düzgün qarşılamaq üçün bayram atmosferi, geyim seçimi və süfrə xüsusi əhəmiyyət daşıyır.
Geyim seçimi
Mütəxəssislərin fikrincə, Od Atı ilinin əsas rəngi qırmızıdır. Tünd qırmızı, bordo və isti kərpic çalarları xüsusilə uyğun hesab olunur. Bununla yanaşı, parlaq rənglərdən həddindən artıq istifadə etməmək tövsiyə edilir. Qırmızını əsas geyimdə və ya aksesuar vurğusu kimi istifadə etmək kifayət edir.
Alternativ olaraq sarı, narıncı və qızılı tonlar da uğurlu seçim sayılır. Qızıl rəng metal elementi simvolizə etdiyi üçün zərgərlik və aksesuarlarda məsləhət görülür. Neytral rənglərdən yaşıl, ağ və qəhvəyi uyğun hesab olunur. Qara, tünd mavi və boz çalarlardan isə Yeni il gecəsində uzaq durmaq tövsiyə edilir.
Bayram atmosferi
İnanclara görə, Od Atı aktivliyi və pozitivliyi sevir. Buna görə də Yeni il gecəsini sakit və passiv şəkildə keçirmək əvəzinə, qonaqlı, oyunlu və rəqsli proqramlar planlaşdırmaq daha məqsədəuyğun sayılır. Şən və enerjili mühitin ilin uğurlu keçməsinə təsir edəcəyinə inanılır.
Yeni il süfrəsi
Bayram menyusunda yüngül, təravətli və estetik təqdim olunan yeməklərə üstünlük verilməsi tövsiyə olunur. Təzə tərəvəzlərdən hazırlanmış salatlar, yüngül duzlu balıq qəlyanaltıları, sitrus meyvələri və göyərtilər xüsusilə uyğun hesab edilir. Zəncəfil və təbii ədviyyatlardan istifadə müsbət qarşılanır. Ağır, yağlı və mayonezli yeməklərdən isə çəkinmək məsləhət görülür.
Menyu üçün nümunə yeməklər
Bayram süfrəsi üçün tövsiyə edilən yeməklərdən biri portağal ilə bişmiş toyuqdur. Bu yemək yüngül dadı və bayram görünüşü ilə seçilir. Digər alternativ isə qaynadılmış düyü, nori yosunu, qaymaqlı pendir, alabalıq, avokado və xiyarla hazırlanan Filadelfiya salatıdır. Bu salat həm estetik, həm də yüngül menyu tələblərinə cavab verir.
Mütəxəssislər bildirir ki, 2026-cı ili sevinc, səmimiyyət və pozitiv enerji ilə qarşılamaq Od Atı ilinin uğurlu keçməsi üçün əsas şərtlərdən biridir.
Xpress.az