Cəmiyyət
Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
Xpress.az Redaksiyası
29.12.2025 19:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.
Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Tağıyev bu təyinata qədər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin strukturunda fəaliyyət göstərən Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.