Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İlk qadın baş nazir Xalidə Ziya
İlk qadın baş nazir Xalidə Ziya
Dünya

İlk qadın baş nazir Xalidə Ziya VƏFAT ETDİ

Xpress.az Redaksiyası 30.12.2025 07:06

Banqladeşin ilk qadın baş naziri Xalidə Ziya uzun sürən xəstəlikdən sonra 30 dekabrda 81 yaşında vəfat edib.

Xpress.az xəbər verir ki, onun ölüm xəbəri Banqladeş Millətçi Partiyası (BNP) tərəfindən partiyanın rəsmi Facebook səhifəsində açıqlanıb.

Partiyanın bəyanatında bildirilib ki, Xalidə Ziya səhər saat 06:00 radələrində, sübh namazından dərhal sonra dünyasını dəyişib. BNP rəhbərliyi mərhumun ruhu üçün dualar edildiyini qeyd edərək, ictimaiyyəti də onun xatirəsini anmağa çağırıb.

Xalidə Ziya Banqladeşə iki dəfə baş nazir kimi rəhbərlik edib — 1991–1996 və 2001–2006-cı illərdə. O, ölkənin siyasi tarixində mühüm rol oynayan fiqurlardan biri hesab olunur və Banqladeşdə ilk qadın hökumət başçısı kimi tarixə düşüb.

Məlumata görə, siyasətçi son illərdə ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi. Noyabrın 23-də paytaxt Dakadakı xəstəxanalardan birinə yerləşdirilən Xalidə Ziyanın müalicəsi bir aydan çox davam edib. The Hindustan Times nəşri onun qaraciyər sirrozu, artrit, diabet, eləcə də ürək və sinə problemləri olduğunu yazıb.

Qeyd edək ki, Xalidə Ziya 2018-ci ildə yetimlər üçün ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə təqsirli bilinmişdi. Lakin səhhətindəki ciddi problemlər səbəbilə cəzası 2020-ci ildə təxirə salınıb, 2025-ci ilin yanvarında isə tamamilə ləğv edilib.

Xalidə Ziyanın vəfatı Banqladeşdə və beynəlxalq aləmdə siyasi ictimaiyyət tərəfindən dərin kədər hissi ilə qarşılanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tramp: ABŞ-yə İranla razılaşma artıq lazım deyil

12.11.2026 17:27 Dünya

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək