Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
İqtisadiyyat

Məşhur tütün şirkəti külli miqdarda borca düşüb

Xpress.az Redaksiyası 30.12.2025 10:28

Azərbaycanda məşhur tütünçülük şirkəti külli miqdarda borca düşüb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, söhbət “Zaqatala AGRO Industry” MMC-dən gedir. Belə ki, şirkətin 13 saylı Ərazi Vergilər İdarəsinə hazırda 922 395.52 manat vergi borcu mövcuddur.

Qeyd edək ki, “Zaqatala AGRO Industry” MMC Yaponiyanın “Tet İnternational Development” şirkətinin Azərbaycanda törəmə müəssisəsidir. Tütün istehsalı ilə məşğul olan şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əsədov Emin Hüseyn oğludur. 

“Tet İnternational Development” şirkətinə gəlincə, bu, 2018-ci ildən Azərbaycanda sərmayə yatırır. Şirkətin ölkəmizdə tütünqurutma müəssisələri fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək