Kriminal
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən qadın həbs edildi
Xpress.az Redaksiyası
30.12.2025 12:36
Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.