Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Həmrəylik Günü münasibətilə tədbir keçirilib
Həmrəylik Günü münasibətilə tədbir keçirilib
Cəmiyyət

Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Xpress.az Redaksiyası 30.12.2025 18:09

Həmrəylik Günü münasibətilə təşkil olunan tədbir həm məktəbimizdə təhsil alan şagirdləri, həm də ziyarət edilən uşaq bağçasının balaca sakinlərini sevindirmək məqsədi daşıyırdı. Tədbir çərçivəsində şagirdlərin iştirakı ilə xüsusi açıqçalar hazırlandı və məktəbin bütün şagirdlərinə paylandı. Əsas məqsəd bağçadakı hər bir uşaq üçün səmimi ürək sözləri yazmaq, sevgi, ümid və xoş arzuları bölüşmək idi.

Bu xeyirxah təşəbbüsdə peşə təmayüllü siniflərin şagirdləri xüsusi fəallıq göstərdi. Dərzi köməkçisi ixtisası üzrə təhsil alan şagirdlər hədiyyə torbalarının tikilməsində, kompüter operatoru ixtisaslı şagirdlər dizayn işlərinin hazırlanmasında, qənnadçı və aşbaz köməkçisi ixtisaslı şagirdlər isə şirniyyat və müxtəlif dadlı təamların hazırlanmasında böyük zəhmət sərf etdilər.

Eyni zamanda məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdləri açıqçalara öz ürək sözlərini yazaraq onları hədiyyə torbalarına yerləşdirdilər. Müəllimlər, məktəbin direktoru və bütün şagird kollektivi Yeni il və Həmrəylik Günü münasibətilə uşaqlar üçün hədiyyələrin hazırlanmasında birlik və həmrəylik nümayiş etdirdi.

Açıqçalarda yazılan ürək sözləri olduqca səmimi və duyğulu idi. Şagirdlər Yeni il münasibətilə xoşbəxtlik, uğur, sevgi, ümid və parlaq gələcək arzularını balacalarla bölüşdülər. “Siz dəyərlisiniz!”, “Yaxşı ki, varsınız!”, “Yeni iliniz mübarək!” kimi səmimi ifadələr uşaqların sevincinə sevinc qatdı.

Bağçaya etdiyimiz ziyarət zamanı uşaqların sevinc dolu gülüşləri hər kəsin qəlbində silinməz iz buraxdı. Bağçanın rəhbərliyi və kollektivi şagirdlərimizi böyük səmimiyyətlə qarşıladı. Bir həftə ərzində görülən zəhmətin nəticəsi balaca uşaqların üzündəki təbəssümdə öz əksini tapdı və bu anlar yaddaşımıza əbədi həkk olundu.

Bu tədbir bir daha göstərdi ki, sevgi yaymaq, mehriban olmaq və doğru yolu seçmək gələcəyimizin əsas təməlidir. Birlik və həmrəylik içində addımlayaraq uşaqlarımızı peşəsini sevən, Vətəninə, ailəsinə və xalqına layiqli vətəndaşlar kimi yetişdirə bilərik.

Bu xatirə həm balacaların, həm də şagirdlərin yaddaşında uzun müddət yaşayacaq. Belə təşəbbüslərin bütün təhsil ocaqlarında həyata keçirilməsi isə hər birimiz üçün nümunə olmalıdır. Bir daha anladıq ki, gələcək şagirdlərin əlindədir və bu gələcəyi yalnız birlikdə daha gözəl edə bilərik.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək