Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni ili ən qeyri-adi formada qarşılayan ölkələr –...
Yeni ili ən qeyri-adi formada qarşılayan ölkələr –
Cəmiyyət

Yeni ili ən qeyri-adi formada qarşılayan ölkələr – ARAŞDIRMA

Xpress.az Redaksiyası 31.12.2025 09:45

2026-cı ilin gəlişinə sayılı günlər qalıb. Hər il dünya ölkələrinin böyük əksəriyyətində 1-2 yanvar Yeni il bayramı olaraq qeyd edilir. Bir çox ölkələrdə bu bayram fərqli və maraqlı adətlərlə keçirilir. 

Bizim.Media Yeni ili fərqli qarşılayan həmin ölkələrin siyahısını təqdim edir:

İspaniya

İspaniyada hər il saat 00:00-ı göstərəndə 12 ədəd üzüm dənəsi yeyilir. Hər üzüm yeni ilin bir ayını simvolizə edir və uğur gətirdiyinə inanılır. Lakin mütləqdir ki, hər üzüm dənəsi yeyildikdə bir arzu tutulsun.

İtaliya

Bu ölkədə yeni ilin gəlişinə saatlar qaldıqda qadınlar qırmızı paltar geyinir. Adətə görə qırmızı rəngli geyim uğur və sevgi gətirir. Ölkənin bəzi bölgələrində köhnə əşyaları pəncərədən atmaq adəti də icra edilir.

Yaponiya

Yaponiyada yeni ilin gəlişi ilə əlaqədar olaraq, məbədlərdə 108 dəfə zəng çalınır.  Bu, insanların pis hisslərdən təmizlənməsi mənasını daşıyır.

Yunanıstan

Yunanlar yeni il gecəsi yerə nar vurub partladırlar. Narın içindəki dənələr  bolluğu təmsil edir. Yerə nə qədər çox nar dağılsa, il ailə üçün bir o qədər bərəkətli olacaq.    

Çili

Bu ölkənin də yeni il üçün qəribə adəti var. Belə ki, bəzi şəhərlərdə insanlar yeni ili qəbiristanlıqda qarşılayır. Bu, vəfat etmiş yaxınları xatırlamaq və onların ruhlarının həmin şəxslər üçün uğur gətirəcəyinə inanıldığı  üçün edilir.

Estoniya

Yeni il günü 7, 9 və ya 12 dəfə yemək yemək adəti var. Bunun güc və bolluq gətirdiyinə inanılır.

Meksika

Burada 31 dekabrdan 1 yanvara keçən gecə küçələrdə çox sayda insan görə bilərsiniz. Belə ki, gecəyarısı səyahət çamadanı ilə küçədə gəzmək səyahət arzusunu simvolizə edir.Onlar düşünür ki, bununla yeni ildə daha çox ölkəni gəzə biləcəklər. 

Kolumbiya

31 dekabr axşamı kukla yandırılır. Kukla köhnə ilin pis xatirələrini simvolizə edir.

Şotlandiya

Şotlandlar yeni ilin qarşılanması ənənələri ilə diqqət çəkirlər. Saatlar yeni ilin ilk dəqiqələrini göstərdiyi zaman sevdikləri birinin evinə ilk daxil olmaq üçün demək olar ki yarışırlar. Bundan əlavə, daxil olduqları evə çörək, duz, pul və kömür kimi uğurlu sandıqları hədiyələr aparırlar. 

İsveçrə

Bu ölkədə Yeni ilin ilk və son günlərində isveçrəlilər yaxşı və pis ruhları simvolizə edən geyimlər geyinirlər. Bu ənənə İsveçrə mədəniyyətinin fərqli bir xüsusiyyətidir.

Danimarka

Danimarkalılar yeni ili yaxınlarının qapısında boşqab və qab-qacaq sındıraraq qeyd edirlər. Sınıq boşqablar nə qədər çox olarsa, həmin insanın bir o qədər çox dostu olar və bəxti gətirər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək