Cəmiyyət
Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN
Xpress.az Redaksiyası
01.01.2026 13:11
Bu il qadınların pensiya yaşı artırılacaq.
2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq.
Beləliklə, kişilər və qadınlar üçün pensiya yaşı bərabərləşəcək.
Bu artım prosesin sonuncu mərhələsi hesab olunur və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq mərhələli şəkildə artırılır.