2025-ci ilin ən etibarlı avtomobil markalarının adı AÇIQLANDI
Consumer Reports təşkilatı 380 mindən çox avtomobil sahibinin iştirakı ilə aparılan sorğuya əsaslanaraq 2025-ci ilin ən etibarlı avtomobil markalarının reytinqini dərc edib.
Araşdırmanın nəticələrinə görə, Toyota 66 bal toplayaraq siyahıda birinci yeri tutub. Subaru ikinci, Lexus isə üçüncü pillədə qərarlaşıb. İlk onluğa daxil olan markaların böyük əksəriyyəti Yaponiyada istehsal olunan avtomobillərdir. Avropa istehsalçıları arasında yalnız BMW yüksək etibarlılıq göstəricisi ilə fərqlənib.
Amerika avtomobil brendlərindən Buick və Tesla reytinqin ilk onluğuna daxil olmağı bacarıb.
UfacityNews.ru saytının məlumatına görə, araşdırma göstərib ki, ənənəvi hibrid mühərrikli avtomobillər etibarlılıq baxımından həm tam elektrikli nəqliyyat vasitələrini, həm də qoşula bilən hibridləri üstələyir.
Reytinqin son pillələrində isə GMC, Jeep və Rivian markaları yer alıb. Xüsusilə Rivian cəmi 24 bal toplayaraq siyahının ən sonunda qərarlaşıb. Bəzi avtomobil markaları isə etibarlı nəticə çıxarmaq üçün kifayət qədər məlumat olmadığına görə reytinqə daxil edilməyib.