Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan XİN İsveçrəyə başsağlığı
Azərbaycan XİN İsveçrəyə başsağlığı
Siyasət

Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

Xpress.az Redaksiyası 01.01.2026 17:33

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabından paylaşım edilib.

"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.

Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.

Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq", - başsağlığında deyilir.

Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecəyarısından sonra, təxminən saat 01:30-da "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində azı 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək