Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə
Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə
Siyasət

Dövlət başçısı Latviyanın keçmiş Prezidentinə BAŞSAĞLIĞI VERİB

Xpress.az Redaksiyası 02.01.2026 16:16

Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı verib.

Başsağlığında deyilir:

"Zati-aliləri,

Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək