Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qara görə məktəblər bağlana bilərmi?
Qara görə məktəblər bağlana bilərmi?
Cəmiyyət

Qara görə məktəblər bağlana bilərmi? AÇIQLAMA

Xpress.az Redaksiyası 02.01.2026 22:26

Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir. Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.

 Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:

“Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir”.

Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.

Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3–4 gün müddətinə tətilə buraxılması, dərslərin 1–2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.

“Xüsusilə, dağ kəndlərində yollar buz bağlayarsa və gediş-gəliş mümkün olmazsa, həmin ərazilərdə tədris prosesinin dayandırılması mütləq həyata keçirilməlidir”, – deyə o, əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək