Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Avropa kimi olaq” düşüncəsi:
“Avropa kimi olaq” düşüncəsi:
Cəmiyyət

“Avropa kimi olaq” düşüncəsi: milli kimliyimizlə aparılan səssiz müharibə

Xpress.az Redaksiyası 05.01.2026 09:00

Köşə yazı...

Azərbaycan xalqı hər zaman Babək, Koroğlu, Şah İsmayıl Xətai, Həzi Aslanov və adına dastanlar yazılmış saysız-hesabsız qəhrəmanları ilə qürur duyub. Bu qəhrəmanların mübarizəsi və tarixi rolu Azərbaycan xalqının özünəməxsusluğunu, milli xarakterini, əsl kimliyini və azərbaycanlı simasını formalaşdırıb. Əsrlər boyu bu ənənə nəsildən-nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.

Zəngin ədəbiyyata, mədəniyyətə, mənəviyyata və möhkəm xarakterə malik bir xalqdan bütün dünyanın nümunə götürməli olduğu halda, son dövrlər nədənsə “avropalılar belədir, biz də belə olmalıyıq” düşüncəsi ilə əxlaq və mənəvi dəyərlərimizi tədricən itirmək təhlükəsi ilə üz-üzəyik.

Maraqlıdır ki, 20–30 il əvvəl tatuaj, pirsinq, yarıçılpaq geyim “müasirlik” kimi təqdim olunurdu və bu gün də eyni mənzərə davam edir. Avropa serialları vasitəsilə ailə dəyərlərini, əxlaq anlayışını aşındıran bir model dünyaya sırıdılır və insanların şüuru bu təsirlərlə zəhərlənir. Sanki “qırıq maqnitofon” kimi hər 20 ildən bir köhnə və tükənmiş mədəniyyət nümunələri yeni adı altında bizə təlqin olunur. Təəssüf ki, biz də bu mənəvi “konservantları” müasirlik kimi qəbul edirik.

Bu gün isə daha təhlükəli bir mərhələyə keçid müşahidə olunur. Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, dövlətin nüfuzuna xələl gətirmək məqsədilə bəzi qüvvələr tərəfindən müəyyən şəxslər maliyyələşdirilir. Həmin şəxslər Avropanın bizə sırımaq istədiyi eyni cinslilik, zərərli maddələrin leqallaşdırılması kimi çağırışları “azadlıq” adı altında cəmiyyətə təlqin etməyə çalışırlar. Bu kimi zərərli və təhlükəli çağırışlara uymamaq hər bir vətəndaşın məsuliyyətidir.

Unutmaq olmaz ki, insana yalnız o zaman hörmət edilir ki, onun şəxsi sərhədləri, prinsipləri və ölçüləri olsun. Əgər biz Avropanın köhnəlmiş adət-ənənələrini, mədəniyyətini kor-koranə təqlid etsək, nə həqiqi mənada müasirləşə bilərik, nə də başqalarının hörmətini qazanarıq. Hörmət və dəyər görmək istəyən xalq kiməsə bənzəməyə çalışmamalı, öz xarakterini qoruyub saxlamalıdır.

Əslində Avropa bizə bənzəməyə çalışmalıdır. Çünki öyrəniləsi çox dəyərimiz var. Müasirlik isə nə bədən şəkilləndirmə, nə bədənin müxtəlif yerlərinə zərər verərək tatuaj etdirmək, nə də yarıçılpaq gəzməkdir. Müasirlik təfəkkürün inkişafı, elmin və biliyin gücləndirilməsi, texnologiyanın ən son yeniliklərini öyrənib tətbiq etməkdir.

Bu gün dünyada elə ölkələr var ki, iqtisadi baxımdan güclü olmasalar da, geyim mədəniyyəti və əsrlərdir qoruyub saxladıqları adət-ənənələri sayəsində dünyada hörmət qazanıblar. Buna nümunə olaraq, zəif dövlət olmasına baxmayaraq, özünəməxsus mədəniyyəti ilə dünyada tanınan Hindistanı göstərmək olar.

Odur ki, “Avropa belədir, biz də belə olmalıyıq” düşüncəsi ilə öz şəxsiyyətimizə və milli kimliyimizə hörmətsizlik etməkdənsə, əsl azərbaycanlı simasını qorumaq və yaşatmaq daha doğru yoldur.

Afaq Qurbanzadə 

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək