Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət TƏCİLİ: "JEK"lərlə bağlı
TƏCİLİ: "JEK"lərlə bağlı
Cəmiyyət

TƏCİLİ: "JEK"lərlə bağlı QƏRAR VERİLDİ

Xpress.az Redaksiyası 04.01.2026 11:33

Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki JEK-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.

Məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov hesab edir ki, bu addım inzibati səmərəliliyi artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini də yüksəldəcək:

"JEK-lərin vahid MMC-lərə birləşdirilməsi xidmətlərin standartlaşdırılmasını təmin edəcək, resursların idarə olunması daha şəffaf olacaq. Lakin hüquqi çərçivə aydın şəkildə müəyyən edilməlidir ki, vətəndaş və xidmət təminatçısı arasında mümkün mübahisələr minimuma endirilsin".

Hüquqşünasın sözlərinə görə, vahid MMC-lərin yaradılması kommunal ödənişlərə təsir göstərə bilər:

"Əgər vahid MMC real səmərəliliyi təmin edə bilsə, artım məcburi olmayacaq. Lakin strukturlaşma xərcləri və texniki modernləşdirmə səbəbindən ilkin mərhələdə müəyyən dəyişikliklər gözlənilə bilər".N.Ələsgərov qeyd edib ki, yeni MMC-dən vətəndaşlar xidmətlərin keyfiyyətinin yüksəlməsini, şəffaf ödəniş və resurs istifadəsini, standartlaşdırılmış tarifləri və hüquqi qorunmanı gözləyə bilərlər:

"Ümumilikdə, vahid MMC-lərin yaradılması Azərbaycan mənzil-kommunal təsərrüfatında modernləşməyə doğru ciddi addımdır. Düşünürəm ki, "JEK"lər tamamilə ləğv olunmayacaq, lakin vahid idarəetmə sistemi altında fəaliyyət göstərəcəklər. Bundan başqa, kommunal ödənişlərin dəyişməsi mümkündür, lakin şəffaflıq prinsipləri və vətəndaş hüquqlarının qorunması əsas prioritet olaraq qalacaq. Bu təşəbbüs həm də uzunmüddətli perspektivdə xidmətin səmərəliliyini artırmaq, regionlarda yaşayış standartlarını yüksəltmək və vətəndaş məmnuniyyətini təmin etmək məqsədini güdür".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək