Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Camışların sayında KƏSKİN AZALMA –
Camışların sayında KƏSKİN AZALMA –
Cəmiyyət

Camışların sayında KƏSKİN AZALMA – Restoranlarda mal əti adı ilə TƏQDİM OLUNUR?

Xpress.az Redaksiyası 04.01.2026 13:38

Azərbaycanda 1 oktyabr tarixinə inək və camışların sayı 1 milyon 217 min 982 baş olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 320 baş, yaxud 1,40% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkədə 1 milyon 235 min 302 baş inək və camış qeydə alınmışdı.

Məlumata görə, sözügedən heyvanların 5 min 128 başı Bakının payına düşüb. Paytaxtda inək və camışların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 216 baş, yaxud 4,04% azalıb.

Ötən ilin eyni dövründə Bakıda bu göstərici 5 min 344 baş təşkil edib.

Camışlarının sayının azalması barədə müxtəlif mülahizələr var. İddialardan biri də odur ki, son zamanlar ətin bahalaşması səbəbi ilə camışlar kəsilib restoran və şadlıq evlərinə verilir.

Bu iddiaya münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, camışlarının baş sayının azalması onların ətlik istiqamətində kəsilməsi ilə bağlı deyil:

“Baxmayaraq ki, ət sevənlər çox zaman camış balasının - kəlçənin ətinə xüsusi maraq göstərirlər. Camış əti tərkibinə görə inək ətindən heç də keyfiyyətsiz deyil. Camışlar xəstəliklərə davamlıdırlar. Xüsusilə də, dabaq xəstəliyinə qarşı onlarda güclü immunitet var. Bundan əlavə, camışın yağı və qatığı yüksək kalorili və yağlı olur. Amma camışlar inəklərə nisbətən daha az süd verirlər. Ona görə də camışları saxlamaq kiçik təsərrüfatlar üçün rentabelli deyil”. 

Müsahibimiz camışların baş sayının azalmasını təbii hal hesab edir:

“Çünki onların bəslənilməsi üçün şərait kasadlığı var. Camışları bəsləmək, inəklərdən xeyli çətindir. Xüsusilə yay aylarında bu problem daha da böyüyür. Çünki camışlar isti havalarda suda yatır. Su hövzəsi, gölməçəsi olmayan əraizdə də bu heyvanları isti havada saxlamaq çətin olur. Üstəlik camışları uzun müddət qapalı şəraitdə saxlamaq olmur. Bu heyvanlar daim təbiətdə olmağı xoşlayırlar. Təbii örüş sahəsi olmayan ərazilərdə camış bəsləmək mümkünsüzdür”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək