Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azeri Light enir, maliyyə yastığı qalxır: Azərbayc...
Azeri Light enir, maliyyə yastığı qalxır: Azərbaycan qlobal dalğaya necə tab gətirir?
İqtisadiyyat

Azeri Light enir, maliyyə yastığı qalxır: Azərbaycan qlobal dalğaya necə tab gətirir? - Professordan açıqlama

Xpress.az Redaksiyası 09.01.2026 11:13

Dünya bazarında “Azeri Light” neftinin ucuzlaşması Azərbaycanın büdcə proqnozlarına və valyuta gəlirlərinə təsirsiz ötüşmür. Bu baxımdan neft qiymətlərindəki dəyişkənlik fonunda iqtisadiyyatın dayanıqlılığının qorunması mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin III, IV, V və VI çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Xpress.az-a açıqlamasında bildirib ki, dünya iqtisadiyyatında və maliyyə sistemində baş verən istənilən dəyişikliklər Azərbaycan iqtisadiyyatından yan keçmir və bu, birmənalıdır. Onun sözlərinə görə, əsas məsələ dövlətin həyata keçirdiyi siyasətin bu neqativ təsirlərin ölkə iqtisadiyyatına minimum səviyyədə sirayət etməsinə yönəlməsidir.

Professor vurğulayıb ki, Azərbaycanın kifayət qədər güclü maliyyə “yastığı” mövcuddur: “Qızıl-valyuta ehtiyatlarımız ümumdaxili məhsulu üstələyir. Mərkəzi Bankın son açıqlamaları da bunu bir daha təsdiqlədi. Səhv etmirəmsə, bir il ərzində Mərkəzi Bankın ehtiyatları 5 faizdən çox artıb. Bu isə onu göstərir ki, Azərbaycan ən azı iki il ərzində dünya iqtisadiyyatında baş verən istənilən proseslərə dözmək imkanına malikdir”.

Rüfət Quliyev qeyd edib ki, Azərbaycan öz yoluyla irəliləyir və bu yol aydın, praqmatik və realistdir: “Biz iqtisadiyyatın diversifikasiyasına xüsusi önəm veririk, qeyri-neft sektorunun ÜDM-də və ixracda payını artırmağa çalışırıq. Neft-qaz kəmərlərinin istismarı və tranzit imkanları hesabına valyuta gəlirləri əldə edirik. Eyni zamanda nəqliyyat layihələrimiz sürətlə inkişaf edir və bu sahədə də böyük perspektivlər mövcuddur”.

Deputat yaşıl energetikanın inkişafını da xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan artıq yaşıl enerji istehsalına və onun ixracına başlayıb: “Bu proses hələ ilkin mərhələdə olsa da, gələcək üçün çox ciddi imkanlar açır”.

Bununla belə, professor etiraf edib ki, qlobal iqtisadi proseslərin təsirləri tamamilə aradan qalxmır: “Təbii ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklərin təsirini hiss edirik və gələcəkdə də hiss edəcəyik. Lakin mövcud iqtisadi strategiya bu təsirləri idarəolunan səviyyədə saxlamağa imkan verir”.

Afaq Qurbanzadə,Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək