Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu nişan sürücüyə üstünlük vermir
Bu nişan sürücüyə üstünlük vermir
Cəmiyyət

Bu nişan sürücüyə üstünlük vermir

Xpress.az Redaksiyası 09.01.2026 15:25

"Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir. Sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması və yolun buraxıcılıq qabiliyyətinin artırılması məqsədilə tətbiq olunur”.
Bunu Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, 5.53 yol nişanı sürücüyə üstünlük hüququ vermir: “Bu nişanın mövcudluğu sağa dönən sürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdən azad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır.
“Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönən sürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyat vasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmiş piyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayət olunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumi  hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Nəzərə almaq lazımdır ki, hər bir yol nişanı yollarda nizamlı hərəkətin təmini və təhlükəsizlik məqsədi ilə tətbiq olunur. Yol nişanlarının düzgün anlaşılması və onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin, nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsas şərtlərindən biridir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək