Cəmiyyət
Hadrut qəsəbəsi abadlaşdırılır - 2.6 milyon ayrıldı
Xpress.az Redaksiyası
09.01.2026 15:54
Xocavənd rayonunun Hadrut qəsəbəsi abadlaşdırılır.
Xpress.az xəbər verir ki, bununla bağlı “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən işlərə başlanılıb.
Qəsəbənin yaşıllaşdırılması və abadlaşma üçün artıq 2 milyon 657 min 676 AZN ayrılıb.
İşləri "Real-İnşaat" MMC icra edəcək.