Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Uşaqlar dərsdən qaçır, telefon isə onları əsir al...
“Uşaqlar dərsdən qaçır, telefon isə onları əsir alır"
Cəmiyyət

“Uşaqlar dərsdən qaçır, telefon isə onları əsir alır" Psixoloqdan sərt xəbərdarlıq

Xpress.az Redaksiyası 10.01.2026 13:33

Bu gün uşaqların əksəriyyəti mobil telefonlardan demək olar ki, asılı vəziyyətə düşüb. Nəticədə dərs oxumağa maraq xeyli zəifləyib. Bu şəraitdə uşaqları dərsə həvəsləndirmək, mobil telefon asılılığını azaltmaq və onların diqqətini təhsilə yönəltmək üçün hansı effektiv üsulların tətbiq olunmalı olduğu sualı maraq doğurur.

Mövzu ilə bağlı psixoloq Zeynəb Ayyubova Xpress.az-a açıqlama verib.

O bildirib ki, müasir dövrdə uşaqların mobil telefonlara həddindən artıq bağlılığı artıq təkcə texnoloji məsələ deyil, həm də psixoloji və pedaqoji problemdir. Bu mövzuda danışarkən əsas diqqətin qadağalara deyil, düzgün yanaşmaya yönəldilməsinin vacib olduğunu vurğulayıb.

Psixoloqun sözlərinə görə, ilk növbədə qəbul etməliyik ki, mobil telefon uşağın həyatından tam çıxarıla bilməz. Telefon artıq onların sosiallaşma, məlumat alma və əyləncə vasitəsinə çevrilib. Ona görə də məqsəd telefonu “düşmən” kimi təqdim etmək deyil, onu düzgün və balanslı şəkildə istifadə etməyi öyrətməkdir. Uşaqlar nə qədər çox qadağa ilə üzləşsə, bir o qədər gizli və nəzarətsiz istifadəyə meyil edirlər ki, bu da asılılığı daha da gücləndirir.

Zeynəb Ayyubova qeyd edib ki, uşaqları dərsə həvəsləndirməyin əsas yolu motivasiyanı daxildən formalaşdırmaqdır. Valideyn və müəllimlər çox vaxt dərsi “borc” və ya “məcburiyyət” kimi təqdim edirlər. Halbuki uşaq anlamalıdır ki, təhsil onun gələcək həyat keyfiyyəti üçündür. Uşağın maraqlarını öyrənmək və dərsi həmin maraqlarla əlaqələndirmək olduqca effektivdir. Məsələn, oyunlara marağı olan uşağa riyaziyyatın oyun mexanikası ilə, texnologiyanı sevən uşağa isə dərsin real həyatda və gələcək peşələrdəki rolu izah edilməlidir.

Mobil telefon asılılığının azaldılmasında ailə mühitinin həlledici rol oynadığını deyən psixoloq bildirib ki, valideyn özü daim telefondadırsa, uşaqdan fərqli davranış gözləmək qeyri-realdır. Uşaqlar deyilənə yox, gördüyünə inanırlar. Buna görə də ailədə “telefonsuz zamanlar” müəyyənləşdirmək, birgə yemək, söhbət, oyun və ya gəzinti saatları yaratmaq çox faydalıdır. Bu yanaşma uşağa alternativ fəaliyyətlərin də zövqlü ola biləcəyini göstərir.

Uşağın boş vaxtının düzgün təşkil edilməsinin də vacib amil olduğunu vurğulayan Zeynəb Ayyubova qeyd edib ki, asılılıq çox vaxt məhz boşluqdan yaranır. İdman, rəsm, musiqi, kitab oxuma və komanda oyunları uşağın həm diqqətini inkişaf etdirir, həm də telefonun yerini doldurur. Xüsusilə fiziki aktivlik beynin dopamin və serotonin balansını tənzimləyir ki, bu da asılılıq riskini azaldır.

Psixoloqun fikrincə, diqqətin təhsilə yönəlməsi üçün uşağın psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Daim tənqid olunan, müqayisə edilən və uğursuzluqlarına görə cəzalandırılan uşaqlar dərsdən uzaqlaşır, təsəllini isə telefonda tapırlar. Uşağın kiçik uğurlarını belə görmək, onu qiymətləndirmək və özünəinamını artırmaq dərsə marağı təbii şəkildə yüksəldir.

Sonda Zeynəb Ayyubova bildirib ki, hər uşaq fərqlidir və birinə təsir edən üsul digərində eyni effekti verməyə bilər. Buna görə də universal reseptlərdən çox, fərdi yanaşma, səbir və anlayış əsas şərtdir. Onun sözlərinə görə, problem telefonun özündə deyil, onunla qurulan balanssız münasibətdədir. Balans düzgün qurulduqda isə həm texnologiya, həm də təhsil uşağın inkişafına xidmət edə bilər.

Afaq Qurbanzadə Xpress.az-

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək