Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi
Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi
Cəmiyyət

Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ

Xpress.az Redaksiyası 14.01.2026 12:43

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, hava şəraiti nəzərə alınmaqla, Azərbaycan Ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti-döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür, aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi-profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır:

"Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır, eləcə də xidməti-döyüş fəaliyyəti qoşun xidmətinin təşkili qaydalarına uyğun olaraq həyata keçirilir".

Müdafiə Nazirliyinin məlumatına görə, dağlıq ərazilərdə xidmətin çətin iqlim şəraitində aparıldığını nəzərə alaraq, şəxsi heyətin yerləşdiyi və xidmət etdiyi məntəqələr qış mövsümünə tam hazır vəziyyətə gətirilib.

“Həmin məntəqələr istilik sistemləri, odun və yanacaq ehtiyatı ilə təmin olunub, yaşayış və xidmət sahələrində normal temperatur rejiminin qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, şəxsi heyətin sağlamlığının və döyüş qabiliyyətinin qorunması məqsədilə təminat, təchizat və məişət şəraitinə mütəmadi nəzarət edilir, mövcud hava şəraitinə uyğun olaraq soyuqdan və donvurmadan qorunma, həmçinin əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir”. - qurumdan bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək