Sərəncam bu gündən QÜVVƏYƏ MİNDİ — YENİ QƏRAR NƏDİR?
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2025-ci il 30 dekabr tarixli 337-VIIQD nömrəli Qanunun icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.
Bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Maliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları qanunun icrasını təmin etmək məqsədilə dörd ay müddətində öz səlahiyyətləri daxilində normayaratma tədbirləri görməli, normativ hüquqi aktlarını və ya bu istiqamətdə təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Zərurət yarandıqda isə icra vəziyyəti barədə Nazirlər Kabinetinə məlumat verilməsi nəzərdə tutulur.