Cəmiyyət
Tuğ və Zallar kəndlərində 10 milyon manatlıq layihə icra olunacaq
Xpress.az Redaksiyası
14.01.2026 16:55
Xocavənd rayonunun Tuğ, Kəlbəcər rayonunun isə Zallar kəndində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuları tikiləcək.
Xpress.az-ın əldə etdiyi məlumata görə, "Tikilməkdə olan obyektlərin müdiriyyəti" Publik Hüququ Şəxs bununla bağlı işlərə start verib.
Bu məqsədlə Tuğ kəndi üzrə 4 milyon 867 min 314 AZN, Zallar kəndi üzrə isə 5 mln. 381 min 539 AZN ayırmağl planlaşdırılır.
Yaxın müddətdə işləri icra edəcək şirkət müəyyənləşdikdən sonra tikinti prosesinə başlanılacaq.