Cəmiyyət
Nömrə və sürücülük vəsiqələrinin hazırlanmasına 34.7 milyon manat ayrılır
Xpress.az Redaksiyası
14.01.2026 18:02
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2026-cı ilin tələbatına uyğun olaraq dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnamələri və sürücülük vəsiqələrinin hazırlanması üçün xüsusi mallar və ehtiyyat hissələrinin satınalınması üzrə tender elan edib.
Xpress.az xəbər verir ki, tenderin ehtimal olunan ilkin qiyməti 34.779.043,82 AZN-dir.
Bununla bağlı təkliflərin son təqdim olunma tarixi 27.02.2026-cı ildir.