Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət " Təkrar Estetik Əməliyyatlara Müraciət edənlərin...
" Təkrar Estetik Əməliyyatlara Müraciət edənlərin 30%-i Bədən Dismorfik Pozuntusu ilə Üzləşir”
Cəmiyyət

" Təkrar Estetik Əməliyyatlara Müraciət edənlərin 30%-i Bədən Dismorfik Pozuntusu ilə Üzləşir” -PSİXOLOQDAN XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 15.01.2026 19:39

“Estetik Əməliyyatların Qara Tərəfi: Gözəllik Deyil, Psixoloji Böhran!”

Müasir dövrdə estetik əməliyyatların kütləvi xarakter alması, hətta real ehtiyac olmadığı halda təkrar-təkrar aparılması psixoloji problemlərin göstəricisi sayıla bilərmi və bu tendensiyanın cəmiyyət üçün uzunmüddətli nəticələri nədən ibarət ola bilər? — sualı cəmiyyətdə maraq yaradıb.

Mövzu ilə bağlı psixoloq Zeynəb Ayyubova Xpress.az-a açıqlama verib.

Psixoloq Zeynəb Ayyubova bildirib ki, müasir dövrdə estetik əməliyyatların geniş yayılması təkcə tibbi və ya estetik məsələ deyil, eyni zamanda ciddi psixoloji aspektlərə malik bir fenomendir. Onun sözlərinə görə, real tibbi və ya funksional ehtiyac olmadığı halda estetik müdaxilələrin təkrar-təkrar aparılması bəzi hallarda psixoloji problemlərin göstəricisi kimi dəyərləndirilə bilər.

Zeynəb Ayyubova qeyd edib ki, psixoloji baxımdan bu tendensiya daha çox bədən obrazı ilə bağlı narazılıq, aşağı özünədəyər hissi və xarici təsdiqə həddindən artıq ehtiyacla əlaqələndirilir. Psixoloqun sözlərinə görə, bəzi insanlarda bədən dismorfik pozuntusu müşahidə olunur və bu zaman şəxs bədənində real olmayan və ya əhəmiyyətsiz qüsurları şişirdilmiş formada qəbul edərək onları aradan qaldırmaq üçün davamlı şəkildə estetik müdaxilələrə müraciət edir. O vurğulayıb ki, əməliyyatlardan sonra qısa müddətli məmnunluq hissi yaransa da, daxili narazılıq qalır və insan yeni “qüsurlar” axtarmağa başlayır.

Psixoloq diqqətə çatdırıb ki, sosial media və idealizə olunmuş gözəllik standartları bu prosesi daha da gücləndirir. Onun sözlərinə görə, filtrlərlə formalaşdırılmış “ideal görünüş” anlayışı real bədənlə virtual obraz arasında ciddi uyğunsuzluq yaradır və nəticədə fərd öz təbii görünüşünü qəbul etməkdə çətinlik çəkir, estetik müdaxiləni isə psixoloji boşluğu dolduran vasitə kimi görməyə başlayır.

Zeynəb Ayyubova cəmiyyət üçün uzunmüddətli nəticələrə də toxunaraq bildirib ki, bu tendensiya bir sıra riskli istiqamətlərdə təsir göstərə bilər. Onun sözlərinə görə, ilk növbədə gözəlliyin yalnız xarici görünüş üzərindən dəyərləndirilməsi dərinləşir, daxili keyfiyyətlər, fərdilik və psixoloji sağlamlıq arxa plana keçir. Bu hal xüsusilə gənclər və yeniyetmələr arasında özünəinam problemlərinin artmasına, müqayisə davranışının güclənməsinə və psixoloji narahatlıqların erkən yaşlarda formalaşmasına səbəb ola bilər.

Psixoloq əlavə edib ki, estetik əməliyyatların normallaşması cəmiyyətdə bədənə qarşı daha sərt və tələbkar münasibətin formalaşmasına gətirib çıxarır. Onun fikrincə, insanlar bədənlərini “təbii varlıq”dan çox, “dəyişdirilə bilən obyekt” kimi qəbul etməyə başlayırlar ki, bu da uzunmüddətli perspektivdə daim özünü yetərsiz hiss edən, daxili məmnunluq tapmaqda çətinlik çəkən və narazı fərdlərdən ibarət bir cəmiyyət modelinin yaranmasına yol aça bilər.

Sonda Zeynəb Ayyubova vurğulayıb ki, estetik müdaxilə özü-özlüyündə problem deyil. Onun sözlərinə görə, əsas problem insanın daxili psixoloji çətinliklərini yalnız xarici dəyişikliklər vasitəsilə həll etməyə çalışmasıdır. Psixoloq hesab edir ki, sağlam yanaşma estetik qərarların psixoloji şüur, özünü qəbul etmə və daxili balans nəzərə alınmaqla verilməsidir və xüsusilə təkrar estetik müdaxilələrdən əvvəl psixoloji dəyərləndirmənin aparılması həm fərd, həm də cəmiyyət üçün daha sağlam nəticələr verə bilər.

Afaq Qurbanzadə, Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək