Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi...
“İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi keçirildi
Cəmiyyət

“İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi keçirildi - FOTO

Xpress.az Redaksiyası 16.01.2026 16:59

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun həyata keçirdiyi “İrəvanda xal qalmadı” – kitabla və üç dildə e-kitabla daxili və xarici platformalarda təbliğat layihəsi çərçivəsində nəşr olunan “İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Azərbaycanın keçdiyi mürəkkəb tarixi yoldan danışaraq, Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi kimi tarixi proseslərə toxunub. O, bu həqiqətlərin cəmiyyətə, xüsusilə gənc nəslə düzgün və faktlara əsaslanan şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəsi Zəfər Qurbanov çıxışında bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkəmizin yeni siyasi reallıqlar mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu tarixi nailiyyət yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda uzun illər boyunca pozulmuş tarixi ədalətin bərpasının təntənəsidir. Qərbi Azərbaycana Qayıdış ideyası milli dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi olmaqla, xalqımızın tarixi yaddaşına, mədəni irsinə və milli kimliyinə söykənən strateji bir xəttdir. Bu ideya azərbaycanlıların əsrlər boyu yaşadıqları torpaqlarla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə ardıcıl və sistemli şəkildə çatdırılmasını zəruri edir.

“İrəvanda xal qalmadı” kitabı Qərbi Azərbaycan həqiqətlərinin elmi-faktoloji əsaslarla, obyektiv və ardıcıl şəkildə təqdim olunmasına xidmət edən mühüm mənbədir. Bu kimi nəşrlər tarixi saxtalaşdırmalara qarşı ideoloji mübarizədə, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və milli maraqlarının beynəlxalq informasiya məkanında layiqincə təbliğində xüsusi əhəmiyyət kəsb edir.

Təqdimatda çıxış edən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Qərbi Azərbaycanın təkcə coğrafi məkan deyil, xalqımızın əsrlər boyu formalaşmış mədəni, tarixi və mənəvi irsi olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan faktlar Azərbaycan xalqına qarşı aparılmış sistemli deportasiya və etnik təmizləmə siyasətinin mahiyyətini ortaya qoymaqla yanaşı, tarixi həqiqətlərin saxtalaşdırılmasına qarşı mühüm ideoloji baza yaradır.

Daha sonra çıxış edən tanınmış yazıçı və jurnalist, kitabın müəllifi Varis Yolçuyev layihə çərçivəsində kitabın azərbaycan, ingilis və rus dillərində e-kitab formatında hazırlanaraq daxili və xarici platformalarda yayımlandığını qeyd edib. Müəllif bildirib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri daha geniş auditoriyaya çatdırmaqdır. O, tədbirin təşkilinə görə təşəkkürünü ifadə edib.

Sonda “İrəvanda xal qalmadı” kitabı müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək