Cəmiyyət
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Xpress.az Redaksiyası
19.01.2026 14:31
Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 996 nikah və 18 min 832 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.