Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfra...
Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib
Cəmiyyət

Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

Xpress.az Redaksiyası 21.01.2026 13:28

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində 19-20 yanvar tarixlərində keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib.

Tədbirin açılış mərasimində İslam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər. Konfrans çərçivəsində keçirilən elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və gələcəyin formalaşdırılmasında mənəvi dəyərlərin rolu müzakirə olunub.   
Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında dərin məzmunlu müzakirələrlə müşayiət olunan tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü ifadə edib. Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə konfrans çərçivəsində keçirilən görüşünün yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Misir zəngin tarixi, mədəni və dini bağlara malik ölkələrdir. Xalqlar arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları arasında səmərəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.  
Ramin Məmmədov qeyd edib ki, İslam sivilizasiyasında əmək yalnız iqtisadi fəaliyyət deyil, həm də insan ləyaqətinə, sosial məsuliyyətə və ümumi rifaha xidmət edən mənəvi öhdəlik kimi dəyərləndirilir. Azərbaycan xalqı bu etik çərçivələrin formalaşmasına elmi, intellektual və mədəni irsi ilə mühüm töhfələr verir. Çıxışda həmçinin vurğulanıb ki, sürətli texnoloji dəyişikliklər, xüsusilə süni intellektin peşə sahələrinə təsiri yeni çağırışlar yaradır. Bu prosesdə əsas məsələ texnologiyaların inkişafının etik prinsiplərlə tənzimlənməsidir. Beynəlxalq təcrübə göstərir ki, dayanıqlı peşə mədəniyyətləri etik dəyərlərə, sosial həmrəyliyə və müxtəlifliyə hörmətə əsaslanır. Azərbaycanın birgəyaşayış və multikulturalizm modelinin bu baxımdan nümunə olduğunu bildirən Komitə sədri diqqətə çatdırıb ki, ölkəmizdə dinlərarası dialoq, dini azadlıq və müxtəlifliyə hörmət tarixi ənənələrə əsaslanan dövlət siyasətidir. Dünyəvi dövlət quruluşuna malik Azərbaycanda bütün dini icmaların hüquqları qorunur, onların mədəni və dini irsinə dövlət səviyyəsində dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məscidlərin, kilsələrin və sinaqoqların bərpası, yeni ibadət yerlərinin inşası tolerantlıq və dinlərarası harmoniyaya əsaslanan dövlət siyasətinin təzahürüdür.  İşğaldan azad edilmiş ərazilərdə dini-mədəni abidələrin bərpası regionun çoxşaxəli irsinin qorunmasına xidmət edir.


Dövlət Komitəsinin sədri vurğulayıb ki, süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin peşələrini formalaşdırsa da, etik əsaslar olmadan bu proses bərabərsizliyi dərinləşdirə bilər. Ədalət, mərhəmət və insan ləyaqətini ön plana çəkən etik dəyərlər isə innovasiyanın insanlığa xidmət etməsini təmin edən əsas meyar olaraq qalır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək