Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Kriminal Bacısı oğlundan sabiq deputata ittiham:
Bacısı oğlundan sabiq deputata ittiham:
Kriminal

Bacısı oğlundan sabiq deputata ittiham: "Ştutqart"ı qanunsuz yolla əlimizdən alıb"

Xpress.az Redaksiyası 21.01.2026 18:04

Avtomobillərin ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsi ilə bağlı qalmaqal yaşanır.

Keçmiş deputat Nəriman Əliyevin mağazalar şəbəkəsini qanunsuz yollarla ələ keçirildiyi iddia edilir. Bu ittihamı irəli sürən isə kənar şəxs deyil, sabiq deputatın öz bacısı oğlu Pərviz Abdullayevdir.

Xpress.az xəbər verir ki, Qaynarinfo.az Pərviz Abdullayevlə əlaqə saxlayaraq təfərrüatları öyrənməyə çalışıb.

O bildirib ki, uzun illərdir biznes fəaliyyəti ilə məşğul olur: "Yuyucu tozların istehsalını və satışını həyata keçirən "Emruz" markasını biz yaratmışıq. Daha sonra isə "Ştutqart" mağazalar şəbəkəsinin qurduq. Hətta mən bu işə görə Dubaya köçərək bir müddət orada yaşadım. Yaxınlar bilir ki, Nəriman Əliyev bu mağazalar şəbəkəsinin sahibi deyil. O, sadəcə bu biznesi əlimizdən alıb".

P.Abdullayevin sözlərinə görə, Nəriman Əliyev onun dayısı olmaqla yanaşı, atası ilə çox yaxın dost olub:

"Onun yüksəlişinə görə atam az əziyyət çəkməyib. Bu baxımdan biz onu mağazalar şəbəkəsinə ortaq etmişdik. Nəriman Əliyev də bundan sui-istifadə etdi, arxasında duran məmurların dəstəyi ilə mağazalar şəbəkəsini əlimizdən aldı. "Ştutqart"ın qurulmasında onun zərrə qədər əməyi olmayıb. Təsəvvür edin, mağazanın adını da mən qoymuşam. Nəriman Əliyev onu himayə edən məmurlara güvənərək belə hərəkət edib. Lakin biz mağazamızı geri almaqda israrlıyıq. Bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək məqsədimizə çatacağıq".

Pərviz Abdullayevin iddiaları ilə bağlı sabiq Milli Məclis üzvünün mövqeyini öyrənmək mümkün olmayıb. Saytın əməkdaşının zənginə keçmiş deputatın köməkçisi cavab verib. O, N.Əliyevin ölkədə olmadığını, 10 gündən sonra qayıdacağını bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək