Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Deputat Pərvanə Vəliyeva 161 ölkədən, 3000-dən çox...
Deputat Pərvanə Vəliyeva 161 ölkədən, 3000-dən çox parlamentarinin təmsil olunduğu Qlobal Koalisiyaya həm-sədr seçilib
Siyasət

Deputat Pərvanə Vəliyeva 161 ölkədən, 3000-dən çox parlamentarinin təmsil olunduğu Qlobal Koalisiyaya həm-sədr seçilib

Xpress.az Redaksiyası 27.01.2026 19:40


Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həm-sədri seçilib.

Xpress.az xəbər verir ki, Koalisiyanın rəhbərliyi sözügedən təyinatı təsdiqləyib.

Şərqi Avropa və Mərkəzi Asiya regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan daxildir.
Qlobal Vərəm Koalisiyası parlamentarilərin vərəmlə mübarizə üzrə beynəlxalq platformasıdır və 161 ölkədən 3000-dən çox parlamentarini bir araya gətirərək vərəmin aradan qaldırılmasında deputatların fəal rolunu təşviq edir. Təmsil olunan parlamentarilər ölkə parlamentlərinin səhiyyə komissiyalarının üzvləridir.
Həm-sədrlik ictimai əsaslarla olan vəzifədir və parlamentarinin vəzifədə olduğu müddətlə müəyyən olunur.

Afaq Qurbanzadə

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək