Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Transmilli cinayətlər üçün “çətir”:
Transmilli cinayətlər üçün “çətir”:
Ana səhifə

Transmilli cinayətlər üçün “çətir”: Beynəlxalq təşkilat təmsilçisinin QANDONDURAN ƏMƏLLƏRİ - FOTO

Xpress.az Redaksiyası 06.02.2026 11:30

“Epşteyn faylları göstərdi ki, diplomatik və yarı-diplomatik statusa malik transmilli humanitar infrastrukturlar necə transmilli cinayətlər üçün “çətir” rolunu oynayırlar. Təsəvvür edin ki, Epşteynə “Afrikadan oğlan uşağı gətirim, yoxsa qız uşağı” deyə soruşan cinayətkar şəxs uşaq evlərində, sığınacaqlarda dövlət reabilitasiya və müdafiə proqramlarının donoru kimi çıxış edib”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva sosial media hesabında məlumat paylaşıb.

O, haqqında bəhs etdiyi cinayətkarın fotosunu paylaşaraq bunları qeyd edib: “Şəkildəki şəxs Nepalda BMT-nın uşaq əməyi ilə mübarizə proqramının rəhbəri olmuş, daha sonra uşaq oğurluğu, azyaşlıların cinsi istismarı və qara miqrasiyasının təşkilinə görə həbs edilmiş Peter John Dalglishdir. Peter Dalglish bütün dünyada məşhur olan “Street Kids International” xeyriyyə təşkilatının qurucusu kimi tanınıb”.

Politoloq vurğulayıb ki, Peter müxtəlif vaxtlarda Əfqanıstanda BMT-nin “UN-Habitat” missiyasına da rəhbərlik edib: “Peter daha sonra BMT Beynəlxalq Əmək Təşkilatında rəhbərliyində təmsil olunub. Ümumdünya Səhiyyə Təşkilatında Baş Şəhərsalma proqramının rəhbəri olub. BMT-nin Ebola ilə mübarizə üzrə fövqəladə missiyasının rəhbəri kimi fəaliyyət göstərib. BMT-nin himayəsi altında fəaliyyət göstərən sığınacaqlarda oğlan uşaqlarının zorlaması ittihamları üzərindən həbs olunub. O, həbsxanaya düşdükdən sonra, yaşadığı evin zirzəmisindən iki 4 və 9 yaşlı oğlan uşaqları azad edilib”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək