Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Uğursuz siyasət, təsir və MÖVCUDLUQ ALƏTİ:
Uğursuz siyasət, təsir və MÖVCUDLUQ ALƏTİ:
Ana səhifə

Uğursuz siyasət, təsir və MÖVCUDLUQ ALƏTİ: Brüssel sülh prosesini QƏBUL ETMİR? - FOTO

Xpress.az Redaksiyası 18.02.2026 12:35

“Avropa İttifaqı (Aİ) Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib. Missiyanın yeni rəhbəri, Mark Ritterin yerinə finlandiyalı keçmiş polis əməkdaşı Satu Koivu təyin olunub. Bu təyinat Azərbaycanla Ermənistan arasında olan pozitiv dinamika fonunda baş verib”.

Xpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai bildirib.

O, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana son səfərini xatırladıb. Qeyd edib ki, bu səfər həm də sürətlə irəliləyən sülh gündəliyinə həsr olunub və belə bir fonda Aİ-nin yeni təyinatı suallar doğurur: “Bir neçə gün əvvəl Azərbaycan QHT-lərinin nümayəndə heyəti Ermənistana səfər edib və formal olaraq quru sərhədini adi vətəndaşlar kimi keçib. Azərbaycandan Ermənistana ticarət və tranzit imkanlarının genişlənməsi davam edir. Prezident İlham Əliyev Münhendə bildirib ki, sülh müqaviləsinin imzalanmasına yeganə maneə 1990-cı illərə aid Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Açıq mənbələrə görə, Ermənistan hökuməti həmin konstitusiyaya dəyişiklik etməyə hazırlaşır. Yəni söhbət tam və müsbət bir sülh prosesindən gedir. Belə olan halda, Aİ Ermənistan və Azərbaycanın nəhayət 30 illik münaqişəni geridə qoymasından məmnunluğunu ifadə etməli, sərhəd missiyasını bağlamalı və fəaliyyətini dayandırmalıdır. Çünki artıq buna ehtiyac yoxdur və onun mövcudluğu relikt və anaxronizm təsiri bağışlayır”.

Millət vəkilinin sözlərinə görə, rəsmi Brüssel münaqişənin həllində heç bir müsbət rol oynamayıb: “Bu baxımdan, missiya Aİ-nin tez bir zamanda unutmaq istəyə biləcəyi bir tarix səhifəsinə çevrilməlidir. Lakin bu baş vermir. Əksinə, yeni rəhbər təyin olunur. Missiya ilə bağlı suala cavab olaraq artıq sabiq rəhbər Ritter bildirib ki, 2027-ci ildən sonrakı müddətin uzadılması məsələsi müzakirə mərhələsində deyil. Bu isə iki cür yozula bilər. Bir daha görünür ki, sözügedən missiya sülh aləti deyil. Çünki o, sülhə nə birbaşa, nə də dolayısı ilə kömək edir. Missiya daha çox təsir və mövcudluq aləti, həmçinin açıq şəkildə kəşfiyyat xarakterli mexanizm kimi çıxış edir”.

N.Arpadarai vurğulayıb ki, Azərbaycan tərəfi Missiyanı “görməməzlikdən gəlmək” mövqeyi tutur: “Böyük sülh məsələlərinin həll olunduğu bir şəraitdə bu, əsaslandırılmış yanaşmadır. Karvan yoluna davam edir. Üstəlik, missiya Ermənistan ərazisində yerləşir və bu, onun problemidir. Diplomatik gündəlikdə olduğu kimi, qeyri-rəsmi danışıqlar çərçivəsində Ermənistan tərəfinin missiyanı uzatmamaq vədi verməsi də istisna deyil. Bu barədə yalnız danışıqlar aparan tərəflər məlumatlıdır və məsələ sülh üçün kritik əhəmiyyət daşımadığından, bu cür detalları ictimaiyyətə açıqlamaq üçün ciddi səbəb görmürəm. Amma, missiyanın mövcudluğu Aİ-nin hazırkı formada olan sülh gündəliyini qəbul etmədiyinin göstəricisidir. Çünki o, ilk növbədə Ermənistana təsir imkanlarının azalması riskini görür”.

Deputatın qənaətincə, həm Aİ, həm də Ermənistan bu missiyanı artıq ehtiyac olmadığı üçün bağlamalı və bununla da sülhə dəstək nümayiş etdirməlidirlər: “Vaxtilə Aİ, Avropa Şurası və Avropa Parlamenti regionumuzda sülh şanslarına ciddi zərər vurublar. Bu addım isə bir növ “səhifəni çevirmək” və köhnə, uğursuz siyasətdən simvolik imtina etmək olardı”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək