Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Haqqın, ədalətin, mübarizənin
Haqqın, ədalətin, mübarizənin
Ana səhifə

Haqqın, ədalətin, mübarizənin QALİBİYYƏT TARİXİ - FOTO

Xpress.az Redaksiyası 24.02.2026 13:03

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı


2020-ci ildə baş verən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə regionda yeni reallıq yaratdı. Azərbaycan Ordusu torpaqlarımızı azad etməklə təkcə hərbi deyil, mənəvi bir dönüş yaratdı. “Dəmir yumruq” iradənin, birliyin və ədalətin rəmzinə çevrildi. 44 gün ərzində göstərilən igidlik, fədakarlıq və əzm sübut etdi ki, şəhidlərimizin qanı yerdə qalmır.

Bu mübarizə Xocalı qurbanlarının da qisasının alındığı bir tarixi mərhələ oldu. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xocalı şəhərinin separatçılardan təmizlənməsi tariximizin ən mühüm səhifələrindən biridir. Bu hadisə ilə Xocalı artıq təkcə faciə ilə deyil, qələbə və ədalətlə də xatırlanır.

2023-cü il oktyabrın 15-də isə hər bir azərbaycanlının qürurla xatırlayacağı an yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Dövlət Bayrağımızı ucaltdı. Bu, sadəcə bir bayraq deyil idi - bu, illərlə gözlənilən haqqın, səbrin və mübarizənin rəmzi idi.

Bu gün tarix müəllimi kimi dərs dedikdə Xocalını yalnız faciə kimi deyil, ədalətin bərpa olunduğu bir dərs kimi anlatmaq imkanım var.

Şəhidlərimizin ruhu qarşısında baş əyərək deyə bilərik ki, onların qanı yerdə qalmadı.

Samara ƏSGƏRLİ

Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək