Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Bu gün Dədə Ələsgərin ANIM GÜNÜDÜR -
Bu gün Dədə Ələsgərin ANIM GÜNÜDÜR -
Ana səhifə

Bu gün Dədə Ələsgərin ANIM GÜNÜDÜR - FOTO

Xpress.az Redaksiyası 07.03.2026 12:25

Bu gün, 7 Mart Azərbaycan aşıq poeziyasının ustad aşıqlarından Dədə Ələsgərin (Ələsgər Alməmməd oğlu) anım günüdür.

Xpress.az xəbər verir ki, Aşıq Ələsgər 1821-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. 7 mart 1926-cı ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir.

Dədə Ələsgər ilk olaraq aşıq yaradıcılığımızın görkəmli ustadı Aşıq Alıdan aşıqlıq sənətinin sirlərini öyrənmiş, özündən sonra aşıq məktəbi yaradaraq sənətinin zirvəsinə ucalmışdır.
Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

Klassik aşıq şeirimizdə Aşıq Ələsgərin xüsusi mövqeyi vardır. Uzun yaradıcılıq yolu keçmiş ustad sənətkar aşıq şeirinin bütün növlərində olduğu kimi, təcnislərdə də xüsusi məharət göstərmişdir. Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ilk nümunələrini yaratmış və bununla kifayətlənməyib, eyni zamanda, dodaqdəyməz cığalı təcnisin də ilk ülgüsünü vermişdir. Beləliklə də öz müasirlərindən seçilmiş və sənətin zirvəsinə qalxmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Azərbaycan ədəbiyyatında xüsusilə də aşıq poeziyasında həm aşıq kimi, həm də şair kimi silinməz izlər buraxmış, əvəzsiz xidmətləri olmuşdur. Aşıq Ələsgər dövlətimiz tərəfindən hər zaman layiqincə anılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150, 175 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmişdir. Ulu öndərin qurduğu məktəb bu gün də layiqincə davam etdirilir.

Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 180, 185, 190, 195, 200 illiyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilmiş, 2024-cü ildə Bakı şəhərində abidəsi ucalmış və ustad aşığın adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalanmışdır.

RUHU ŞAD OLSUN!

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək