Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Ramazan bayramı ilə bağlı
Ramazan bayramı ilə bağlı
Ana səhifə

Ramazan bayramı ilə bağlı FƏTVA VERİLDİ

Xpress.az Redaksiyası 19.03.2026 12:18

Ramazan bayramı ilə bağlı fətva verilib.

Xpress.az xəbər verir ki, bu, QMİ sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!

İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm.

Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir.

Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, islami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən azad Şuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğun Novruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk.

Qarabağ Zəfəri daim hər bir azərbaycanlının dualarında olmuşdur. Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Ramazan və Novruz günlərində Vətən uğrunda şəhid olan, Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Taaladan şəfaət diləmək bizim vəfa borcumuzdur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin Türk Dövlətləri Təşkilatı - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən, bu il şəvval ayının 1-i Ramazan bayramı, inşallah, miladi təqvimlə martın 20-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günü - bayram axşamı məğrib (şam) namazından sonradır. Qazılar Şurasının fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.

Əziz həmvətənlər! Bir daha əziz bayramlar - Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən Novruz sevincini yaşayan xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Uca Allah bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah-Taala dünyadakı qarşıdurmaların tezliklə sülh və danışıqlar yolu ilə bitməsini nəsib etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Taala Azərbaycanı qorusun!" - deyə təbrikdə bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək