Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycandan Ukrayna, Atatürkdən
Azərbaycandan Ukrayna, Atatürkdən
Ana səhifə

Azərbaycandan Ukrayna, Atatürkdən KOMMUNİST DÜZƏLTMƏK CƏHDİ

Xpress.az Redaksiyası 22.04.2026 14:32

Azərbaycan bu gün də Leninin geosiyasi cinayətlərinin nəticələrini aradan qaldırmaqla məşğuldur.

Lenin Azərbaycandan Ukrayna, Atatürkdən Kommunist düzəltmək istəyirdi.

22 aprel onun doğum günü idi. Öldükdən sonra da Leninin Azərbaycana miras qalan zərərləri yaşamaqda davam edir.

Lenin başdan-ayağa ziddiyyətlərlə doludur. 1917-ci ilin almanlarla separat məğlubiyyət sazişi də, daha şimaldan içərisinə minib Petroqrada gəldiyi qatarın funksiyası da hələ açıqlanmayıb. Eynən, Mavzoleyin divarları arasında 102 ildir dəfnini gözləyən sümükləri kimi, onun dövrünün heç nəyi maddi olaraq qalmayıb, şalbanlar belə, ancaq mənəvi terrorun izi yaşamaqdadır.

Azərbaycanın XX əsr tarixi Rusiya imperiyasının süqutu və Vladimir Leninin rəhbərliyi, bolşeviklərin hakimiyyətə gəlməsi ilə müşayiət olunan qlobal sarsıntılarla sıx bağlıdır. Azərbaycan xalqı üçün bu dövr milli həyatın bütün sahələrində dərin struktur deformasiyaları ilə yadda qalmışdır. Leninin Azərbaycana münasibətdə apardığı siyasət ideoloji şüarlar ilə Moskvanın strateji resurslar və ərazilər üzərində nəzarətini saxlamağa yönəlmiş sərt praqmatizmin sintezindən ibarət idi.

Leninin Azərbaycan xalqına vurduğu ən böyük zərbə 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) devrilməsi oldu. 1918-ci ildə elan edilmiş AXC müsəlman dünyasında ilk demokratik dünyəvi dövlət idi və Paris Sülh Konfransında dünya gücləri tərəfindən de-fakto tanınmışdı. Lakin Lenin hökuməti üçün müstəqil Azərbaycan Qafqazda hegemonluq qurmaq və Xəzər neftinə çıxış əldə etmək yolunda maneə idi.

İşğal prosesi Lenin tərəfindən birbaşa idarə olunurdu. O, 11-ci Qırmızı Orduya aprelin 27-də sərhədi keçmək və Bakını zəbt etmək əmrini vermişdi. Suveren dövlətin xarici ordu tərəfindən işğalı sovet tarixşünaslığında onilliklər boyu "sosialist inqilabı" kimi təqdim olunmuşdur.

Əziz ƏLİBƏYLİ

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək