Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Regional təhlükəsizliyə töhfə verən
Regional təhlükəsizliyə töhfə verən
Ana səhifə

Regional təhlükəsizliyə töhfə verən MÜHÜM PLATFORMA - ŞƏRH + FOTO

Xpress.az Redaksiyası 27.04.2026 14:14

CASCFEN sədri Nadir Azəri: "Ukrayna Prezidentinin Azərbaycana səfəri güclənən tərəfdaşlığın və ölkəmizə artan beynəlxalq etimadın göstəricisidir"

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana həyata keçirdiyi işgüzar səfər iki ölkə arasında siyasi dialoqun dərinləşməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Səfər çərçivəsində Qəbələdə baş tutan yüksəksəviyyəli görüşlər, dövlət başçıları arasında aparılan geniştərkibli müzakirələr, imzalanmış sənədlər və mətbuata verilən birgə bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə ortaya qoydu.

Xpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna münasibətləri tarixi dostluq, qarşılıqlı etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində formalaşıb.

“Son dövrlərdə bu əlaqələr təkcə diplomatik platformalarda deyil, həm də real əməkdaşlıq sahələrində daha dinamik şəkildə inkişaf edir. Xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər və digər strateji sahələr yeni imkanlar yaradır. Eyni zamanda, qlobal təhlükəsizlik mühitində artan çağırışlar fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq daha da aktuallaşır. Bu mənada Azərbaycan–Ukrayna dialoqu yalnız ikitərəfli münasibətləri deyil, həm də regionda təhlükəsizlik balansına töhfə verən mühüm platforma kimi çıxış edir”, – deyə o vurğulayıb.

Nadir Azəri qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe də xüsusi önəm daşıyır: “Ölkəmiz uzun illərdir humanist yanaşması, dialoqa açıq siyasi xətti və münaqişələrdən zərər çəkmiş insanlara göstərdiyi humanitar dəstək ilə seçilir. Prezident Volodimir Zelenski də səfər zamanı bu reallığa diqqət çəkərək Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı, eləcə də ukraynalı uşaqlara yönələn diqqət və qayğını yüksək qiymətləndirdi və bu münasibətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Bu da Azərbaycanın təkcə regional deyil, həm də qlobal humanitar proseslərdə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan bu gün beynəlxalq arenada sabitlik və sülh məkanı kimi qəbul olunan ölkələrdən biridir: “Bu status ölkəmizin balanslı xarici siyasətinin, müxtəlif tərəflər arasında dialoq körpüsü qurmaq bacarığının və etibarlı platforma rolunun nəticəsidir. Məhz bu səbəbdən Prezident Zelenski tərəfindən ABŞ–Rusiya–Ukrayna formatında mümkün danışıqların növbəti mərhələsinin Azərbaycanda keçirilməsi təklifi ölkəmizə göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir. Bu yanaşma Azərbaycanın beynəlxalq diplomatik proseslərdə neytral, etibarlı və konstruktiv tərəfdaş kimi qəbul olunduğunu bir daha ortaya qoyur. Ümumilikdə isə bütün bu məqamlar göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş geosiyasi məzmun daşıyan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Siyasi iradənin mövcudluğu, iqtisadi maraqların üst-üstə düşməsi və təhlükəsizlik sahəsində koordinasiyanın güclənməsi bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə real əsaslar yaradır. Bu isə həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm perspektivlər formalaşdırır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək