Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Cəlil Məlikov: "Şuşaya İƏT-ə üzv ölkələrdən yüksək...
Cəlil Məlikov: "Şuşaya İƏT-ə üzv ölkələrdən yüksək səviyyədə nümayəndə heyəti gəlib"
Ana səhifə

Cəlil Məlikov: "Şuşaya İƏT-ə üzv ölkələrdən yüksək səviyyədə nümayəndə heyəti gəlib"

Xpress.az Redaksiyası 27.04.2026 21:57

2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Ərdəbil şəhərində keçirilmiş 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib. Azərbaycan Respublikasının Prezidenti Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Şuşada keçirilən bugünkü açılış bu çərçivədə birinci tədbirdir. Tədbirdə iştirak üçün bütün üzv ölkələrdən yüksək səviyyədə nümayəndə heyəti gəlib.

Xpress.az Azərtac-a istinadla xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.

C.Məlikov bildirib ki, “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” adlı tədbirlər çərçivəsində aprelin 28-də Qastronomiya günü və İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclası keçiriləcək. Aprelin 29-da isə İƏT Turizm nazirlərinin 7-ci iclasının keçirilməsi nəzərdə tutulur.

Cəlil Məlikov il ərzində tədbirlərin davam edəcəyini qeyd edib: “İl ərzində İƏT-ə üzv ölkələrdən turizm və media nümayəndələri Şuşa şəhərinə səfər edəcəklər. İlin sonunda ilin yekununa dair iclas təşkil olunacaq. Dövlətimiz İƏT-lə əməkdaşlığı mühüm hesab edir. Biz də turizm sahəsi olaraq sıx əməkdaşlıq aparırıq. Bu təşkilat çərçivəsində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə turizm operatorlarının görüşü keçirilib. İlk dəfə turizm təhsili şəbəkəsi yaradılıb ki, bütün üzv ölkələr bundan faydalanır”.

“Şuşa şəhəri, Qarabağımız dünya turizm xəritəsinə qapılarını yeni açır. Bizim isə turistlərə tövsiyəmiz odur ki, Şuşanı ancaq eşitmək, görmək kifayət deyil. Şuşanı yaşamaq lazımdır”, - deyə Cəlil Məlikov bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək