Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığ...
Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir -
Ana səhifə

Azərbaycan turizm sahəsində Meksika ilə əməkdaşlığı gücləndirir - FOTO

Xpress.az Redaksiyası 01.05.2026 12:29

Azərbaycan Turizm Bürosu (ATB) 27-30 aprel tarixlərində Akapulko şəhərində keçirilən və Amerika qitəsinin aparıcı turizm platformalarından biri hesab olunan “Tianguis Turistico Mexico 2026” sərgisində iştirak edib.

Xpress.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Meksika Hökumətinin Turizm Katibliyinin Təbliğat, İnnovasiya, Dayanıqlılıq və Turizm Peşəkarlığının Artırılması üzrə rəhbəri Miqel Aqinya Rodrigez, eləcə də Meksika Turizm Assosiasiyaları Federasiyasının (FEMATUR) Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Xuan Karlos Arnau Avila ilə ikitərəfli görüşlər keçirib.

Turizm sənayesi nümayəndələri, aviaşirkətlər və beynəlxalq təşkilatlarla baş tutan görüşlərdə Azərbaycan və Meksika arasında turizm əməkdaşlığının inkişaf perspektivləri və qarşılıqlı tərəfdaşlıq imkanları müzakirə olunub.

Aprelin 29-da Meksikanın Dünya İrsi Şəhərləri Milli Assosiasiyası tərəfindən “Tianguis Turístico” çərçivəsində təşkil olunan xüsusi tədbirdə ATB nümayəndəsi Azərbaycanın tarixi, mədəni irsi və müxtəlif turizm imkanları barədə təqdimatla çıxış edib.

50-ci dəfə keçirilən “Tianguis Turistico” Meksika və ümumilikdə Amerika qitəsinin ən nüfuzlu turizm tədbirlərindən biri hesab olunur. Platforma qlobal turizm sənayesinin nümayəndələrini, dövlət qurumlarını, aviaşirkətləri və beynəlxalq təşkilatları bir araya gətirir.

Azərbaycanın tədbirdə iştirakı ölkəmizin beynəlxalq turizm əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və turizm potensialının Amerika bazarında daha geniş tanıdılması baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Meksika vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək