Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Nadir xalq sənətkarlıq nümunəsi:
Nadir xalq sənətkarlıq nümunəsi:
Ana səhifə

Nadir xalq sənətkarlıq nümunəsi: SƏRRACLIQ

Xpress.az Redaksiyası 08.06.2026 13:10

At, qatır, dəvə və digər heyvanlar nəqliyyat və yük daşımaq üçün istifadə edilməyə başlayanda insanlara onların belinə yük bağlamaq, minmək və idarə etmək üçün vasitələr lazım olurdu . Buna görə də ilk sadə sərraclıq nümunələrinə ehtiyac duyuldu. Tung dövründən insanlar dəri email üsullarını təkminləşdirməyə başladılar. Dərini duzlayıb, günəşdə qurudub və müxtəlif yağlarnan yumşaldıb formaya salırdılar. Bundan sonra ilkin yehər formaları , qurşaq və kəmər düzəltməyə başladılar.

Orta əsrlərdə türk və iran dilli köçəri xalqlarda sərraclıq artıq ayrıca sənətkarlıq peşəsi kimi fəaliyyət göstərirdi. Azərbaycanda Şamaxı, Gəncə, Təbriz, Şuşa, Naxçıvan və Lahıcda sərraclıq sənəti geniş yayılmağa başladı. Lahıc qədimdən karvan yolları üzərində yerləşdiyi üçün atlar qatırlar, dəvələr karvanın yuk daşıyıcıları olduğundan sərraclıq məmulatlarına böyük ehtiac yaranmağa başladı. Beləcə də Lahıcda sərraclıq XIV-XV əsrlərdən etibarən müstəqil sənət kimi formalaşmağa başladı.

Quba, Şamaxı, Şəki bölgələrində geniş yayılmış olsada, Lahıc bu sahədə xüsusi ustalığı və incə zövqü ilə seçilirdi. Buda əsrlərin içindən keçib gələn bir türk və irandilli xalqlarının mədəniyyətinin yadigarı, həm də kəndin sənətkarlıq ruhunun daşıyıcısıdır.

Lahıc ustalarının düzəltdikləri yehər, tərkeş, kəmər, yüyən, xurcun, ətək kəmərləri, qoşqular, bağlama qurğuları sərraclıq sənətinin nümunələri kimi ətraf rayonlarda da yayılmağa başladı. Bu sahədə bazarın güclənməsi Lahıc ustaları üçün yeni inkişaf dövrünə təkan verdi.  Bu sənətdə  istifadə etmək və yehərin ərsəyə gəlməsi üçün çərki, biz, yonucu bıçaqlar, tikiş iynələri, ağac karkaslar kimi alətlərdən istifadə edirdilər.

Buna görə də Lahıcda sərraclıq sənəti misgərlik, dəmirçilik, dabbağlıq və ağac işləmə sənətləri ilə birgə inkişaf edirdi. Bu, indi də belədir. Dabbağ - dəri aşılıyır, ağac ustası - yehərin karkasın düzəldir, dəmirçi - üzəngi, metal bərkimələr hazırlayır, misgər - bəzək detallarını düzəldirlər, sərrac - dərini işləyib yehəri tammamlayır. Bu formada yaranan bir mühit, Lahıcı həqiqi bir orta əsr sənətkarlıq kompleksinə çevirib.

Texniki nəqliyyat vasitələrinin yayılması ilə tələbat arasında bu sənət hələ də yaşayır. Böyük ustaların davamçıları bu sənəti hələ də yaşadırlar.

Lahıc sərraclıq sənəti, təbiət, köçəri həyat, karvan yolları və sənətkar ənənəsinin birləşdiyi nadir xalq sənətkarlığı nümunəsidir və Lahıcın mədəni kimliyinin ayrılmaz hissəsidir.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək