Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıc şəbəkə sənətinin
Lahıc şəbəkə sənətinin
Ana səhifə

Lahıc şəbəkə sənətinin İNCƏLİKLƏRİ

Xpress.az Redaksiyası 12.06.2026 13:32

Şəbəkənin ən mühüm xüsusiyyəti odur ki, heç bir mismardan və yapışdırıcıdan istifadə edilmir. Bütün konstruksiya kiçik taxta detalların xüsusi keçirmə və kilidləmə pirinsipi ilə bir-birinə oturdulması ilə qurulur.

Material seçimi vacib amildir. Lahıc ustaları ən çox; Qoz ağacı - əsas konstruksiya üçün, armud ağacı - incə oymalar üçün, çinar ağacı - stabil çərkivə üçün.

Şəbəkə nümunələri müxtəlif ölçülü gözcüklərdən  ibarətdir. Lahıc ustaları gözcükləri adətən altıbucaqlı, səkkizbucaqlı və ulduzvari formalarda düzürdülər. Hər gözcüyə xüsusi kəsilmiş rəngli şüşə parçaları yerləşdiriblər. Günəş şüası o şüşələrdən keçərək otaqda mozaik rəng effekti yaradır. Ənənəvi rənglər – yaşıl, sarı, firuzəyi, qırmızı rənglərdən daha çox istifadə edilib.

Ölçü dəqiqliyi - millimetrin belə önəmi var.

Lahıc şəbəkə ornamentləri yalnız bəzək deyil, həm də simvolik anlamlar daşıyır.

Günəş motivi - həyat və enerji, səkkizguşəli ulduz - türk estetik sistemi, dairəvi formalar - bütövlük simvolu, istiqamət xətlərinin sayları - şiəçilik və müqəddəsləri, kəsişən xətlər – aləm və kainat nizamı. Bu sənəti həm də qədim inanclarla bağlı estetik məktəbə çevirir.

Lahıc şəbəkə sənəti - işığın və ağacın sehirli rəqsidir. Ustaların  mismarsız şəkildə birləşdirdiyi minlərlə xırda taxta parçaları, rəngli şüşələrlə tamamlanaraq poetik bir naxışa çevrilir. Günəş şüası şəbəkənin üzərinə düşdükcə məkan sanki canlanır ağ, qırmızı, firuzeyi, sarı və yaşıl rənglər otağın divarlarında oynaq kölgələr yaradır.

Hər bir şəbəkə - ustanın səbrinin, diqqətinin və estetik duyumunun ifadəsidir. Formadakı simmetriya, ritm və tarixi ornamentlər Lahıcın əsrlər boyu qorunan sənət ənənəsini özündə əks etdirir.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək