Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıcda ənənəvi sənət növlərinin
Lahıcda ənənəvi sənət növlərinin
Ana səhifə

Lahıcda ənənəvi sənət növlərinin MÜASİR VƏZİYYƏTİ

Xpress.az Redaksiyası 04.06.2026 13:43

Lahıc Azərbaycan mədəni irsinin əsrlər boyunca formalaşmış sənətkarlıq məktəblərinin qorunduğu nadir məkanlardandır. Ənənəvi peşələr burada nəsildən-nəsilə ötürülüb, hər bir ustanın yaradıcılığı həm maddi, həm də mənəvi irs kimi qorunub. Lakin qloballaşma prosesi , sənaye mallarının geniş yayılması və gənc nəsilin bu peşələrdən uzaqlaşması nəticəsində bir çox sənət növü süqut həddinə gəlib çatıb.

XIX əsrdə Lahıcda qırxa yaxın sənət növü fəaliyyət göstərirdi. Sənətkarlar öz sənətləri ilə ailələrinin yaşayış təlabatını tam ödəyirdilər. İndi isə mövcud duruma nəzər salaq.

Sərraclıq -  XIX – XX əsrlərdə Lahıcda geniş yayılan sənətlərdən biri idi. Dörd nəsil bundan qabaq, ata-bala prinsipi ilə bu günə qədər gəlib çatan Hüseynovlar və Məmmədovlar nəslindən indidə qismən o sənətlə məşul olan nümayəndələri var. Lakin bu gün demək olar ki, bu sənət növü sıradan çıxmaq üzrədir.

Dabbaqçılıq/Dəri emalı - Lahıc sənət sisteminin əsas sütunlarından biridir. Əsasən Zəvərö məhəlləsində 300 illik bir dövrdə 5-6 nəsil keçərək və bu günə qədər Xəlilovlar, Ibrahimovlar  nəsli bu sənətlə məşqul olublar. Bu gün isə sənətin çapalamağının səbəbi, texniki çətinliklər, sanitar tələblər və bazarın daralmasıdır.

Həkkaklıq - Lahıc sənətlərinin ən incə və estetik növlərindən biridir. XX əsrdə daş üzərində oyma sənəti / daş kitabələr, qəbirüstü daşlar / yüksək formada inkişaf etmişdir. Müasir dövrdə isə daş üzərində oyma sənəti yox olmaq üzrədir. Eyni zamanda həkkaklıq misgərlik sənəti ilə sıx bağlı olduğundan, mis üzərində oyma sənəti kimi yeni dövrünü yaşayır. Bu da Lahıc ustalarının əsrlərdir davam etdirdiyi zəncin ənənənin və turizm axınının nəticəsidir.

Misgərlik - Lahıcın adını dünyaya tanıdan əsas sənət növüdür. Lahıcda misgərlik  7-8 nəsildir ki, ata-oğul, usta-şagird prinsipi ilə bir neçə nəsil daxil olmaqla, əsasən Əliyevlər tərəfində yaşadılır. Mövcud vəziyyət isə - Ən aktiv çalışan sahə olsada, məhsulların suvenir yönümlü olması sənətin klassik ənənələrdən uzaqlaşmasına səbəb olur. Məişətdə mis qabların istifadəsi azlığından, ustalar daha çox kommersiya yönümlü işlərə üstünlük verirlər.

Dəmirçilik - Üç dörd nəsil Quliyevlər, Abbasovlar yaşadılan bu sənət növü də öz durğunluq dövrünü yaşayır.

Zərgərlik, xalçaçılıq, corab və xalça toxuculuğu, dulusçuluq, şəbəkə sənəti, papaqçılıq və digər sənətlər üzrə məşğul olan ustalarda yox dərəcəsindədir, ya da ki, fərdi sifarişlərlə işləyirlər. Problem isə gənclərin daha gəlirli, asan işlərə üstünlük vermələridir.

Fabrik istehsalı olan ucuz məhsullar əl işlərinin bazardakı mövqeyini zəiflətməsi bu sənətin tənəzzülünə səbəb olmuşdur.

Lahıcda ənənəvi sənət növləri bu gün həm sosial həm də iqtisadi çətinliklər fonunda demək olar ki, çapalayır. Lakin sənətkarlıq ənənələri tamami ilə itməyib ; onların yenidən dirkəlməsi və davamlı inkişafı üçün həm yerli icmanın, həm də turizm sektorunun bircə fəaliyyəti vacibdir.

Bu sənətlər yalnız Lahıcın deyil, bütün Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir və onların qorunması milli məsuliyyətdir.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək