Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Lahıcın dini və milli mənsubiyyəti
Lahıcın dini və milli mənsubiyyəti
Ana səhifə

Lahıcın dini və milli mənsubiyyəti

Xpress.az Redaksiyası 02.06.2026 13:55

Azərbaycan mədəniyyətinin və tarixinin zəngin ocaqlarından biri olan Lahıc həm maddi, həm də mənəvi irsi ilə seçilən unikal yaşayış məskənidir. Bu qədim məskən əsrlər boyu özünün xüsusi etnik, dini və mədəni kimliyini qoruyub saxlamışdır.

Lahıcın dini və milli mənsubiyyəti məsələsi onun tarixi inkişafı, sosial mədəni strukturunu və etnik yaddaşını anlamaq üçün mühüm əhəmiyyət kəsb edir.

Lahıc əhalisinin əsasını tatlar təşkil edir. Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, lakin Lahıc bu xalqın mədəniyyətini, ənənələrini qoruyub saxladığı əsas mərkəzlərdən biri olmuşdur. Lahıc tatları gündəlik həyatlarında Azərbaycan dili ilə yanaşı, öz ana dillərini-tat dilinidə işlətmişlər və bu gündə işdədirlər.

Əhalinin dini mənsubiyyəti islamla bağlıdır. Tarixi mənbələrə görə Lahıc sakinləri VIII əsrdən etibarən islam dinini qəbul etmişlər. Burada dini həyat əsasən şiə məzhəbi üzərində qurulmuşdur. Lakin burada sufi ənənələrinində təsiri olmuş, müxtəlif dini ocaqlar və inanclar fəaliyyət göstərmişdir. Lahıcda dini və milli mənsubiyyət qarşılıqlı tərzdə formalaşmışdır.

İslam dini tatların milli kimliyini formalaşdırılmasında əsas mənəvi dayaqlardan biri olmuş, eyni zamanda onların etnik – mədəni xüsusiyyətlərini qoruyub saxlamağa şərait yaratmışdır. Sufi təsvirləri Lahıc əhalisinin milli mənsubiyyətini daha da gücləndirmişdir.

Milli baxımdan tatların mədəniyyətini, dini baxımdan isə islamın şiə məzhəbini əks etdirən bu məkan Azərbaycan multikulturalizminin canlı nümunələrindən biridir. Lahıc sakinləri əsrlər boyu həm milli kimliklərini, həm də dini ənənələrini qoruyaraq nəsildən nəslə ötürmüşlər. Bu isə Lahıcın yalniz regional deyil,ümumazərbaycan mədəniyyətində xüsusi mövqeyə sahib olmasına səbəb olmuşdur.

Ağaməşədi ƏLİYEV 

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək